Birincilərin sonuncu mənzili – kim harada və necə DƏFN OLUNUB?

Birincilərin sonuncu mənzili – kim harada və necə DƏFN OLUNUB?Dünyanın bütün ölkələrində vəfat edən dövlət başçılarının dəfn mərasimləri izdihamla müşayiət olunub. Amma bəzi hallarda birincilər sonuncu mənzilə heç də təntənə və rahatlıqla  yola salınmayıb. Onların arasında ölkəsindən qaçaraq başqa bir ölkədə həyata əlvida deyənlər, güllələnənlər, həbsxanada edam olunanlar da yer alıb. Sözsüz ki, birinci kürsüdə rahatlıq tapanların sonuncu mənzildə də rahatlıq tapması onların fəaliyyətindən asılı olub.
Kim harada, necə dəfn olunub?
KONKRET.az Musavat.com-a istinadla birincilərin son mənzilləri haqqında yazı və fotoları təqdim edir.
ABŞ prezidentləri arasında Franklin Ruzvelt yeganə rəhbər olub ki, 4 dəfə (1933-1945) bu vəzifəyə seçilib.
Dördüncü prezidentlik müddətindən az sonra, 12 aprel 1945-ci ildə Ruzvelt beyninə qan sızmasından 63 yaşında vəfat edib. Franklin Ruzvelt ölkəsinin ən uğurlu prezidentlərindən biri sayılıb. O, eyni zamanda XX əsrin ən nəhəng siyasətçilərindən biri kimi tarixə düşüb. Ruzveltin dəfni Amerika tarixində ən izdihamlı dəfn mərasimi kimi yadda qalıb. Mərasimdə 400 mindən artıq amerikalı iştirak edib. Prezidentin vəfatı ilə bağlı bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib. Dəfn mərasimi hərbi təyyarələrin müşayiəti altında keçirilib. Ruzvelt doğulduğu Nyu-York ştatının Hayd-Park şəhərində dəfn edilib. Mövcud qaydalara görə, qəfil ölən dövlət başçılarının meyiti yarıldığı halda, Ruzveltin üzərində bu prosedur aparılmayıb. O cümlədən əvvəllər vəfat etmiş prezidentlərdən fərqli olaraq vida görüşündə Ruzveltin nəşi açıq olmayıb. Onun meyiti tabutda qapalı saxlanılıb. Sabiq prezidentin məzarının yanına onun əlil arabası da qoyulub. Bununla Ruzveltin mənəvi və siyasi iradəsi ifadə olunub.
Birincilərin sonuncu mənzili – kim harada və necə DƏFN OLUNUB?Dünyanın ən nəhəng siyasətçilərindən biri, Nobel mükafatı laureatı, 1940-1945, 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçill 24 yanvar 1965-ci ildə 90 yaşında insultdan vəfat edib. Sabiq baş nazirin dəfn mərasimi ilə bağlı II Yelizaveta xüsusi sərəncam imzalayıb. Çörçillə vida görüşü üç gün davam edib. İngilis siyasətçi onun dəfn mərasimində iştirak edən qonaqların sayı ilə fərqlənib. Belə ki, Çörçillin dəfn mərasimində 115 xarici ölkənin dövlət və hökumət başçıları iştirak edib. Çörçill öz vəsiyyətinə uyğun olaraq Bleydondakı ailə qəbiristanlığında, Müqəddəs Martin kilsəsinin məzarlığında dəfn edilib. Təkcə dəfninin birinci həftəsində onun məzarını 100 mindən çox insan ziyarət edib.
Birincilərin sonuncu mənzili – kim harada və necə DƏFN OLUNUB?20-ci əsrin ən ziddiyyətli, mürəkkəb siyasi və hərbi simalarından biri sayılan İosip Broz Tito 1939-cu ildən Yuqoslaviya Kommunist Partiyasının baş katibi, 1953-cü ildən 1980-ci ilə, ömrünün son gününə qədər Yuqoslaviyanın prezidenti kürsüsündə əyləşib. Broz Tito ömrünün son 100 gününü komada keçirib. 88 yaşlı prezidenti həkimlər xilas edə bilməyib. O, 4 may 1980-ci ildə vəfat edib. Broz Titonun vəfatı ilə bağlı Yuqoslaviyada üç günlük matəm elan edilib. Onun dəfn mərasimi yuqoslaviyalılara heç də ucuz başa gəlməyib. Belə ki, dəfn üçün büdcədən milyonlarla pul xərclənib. Broz Tito Belqradda "Çiçəklər Evi" mavzoleyində dəfn edilib. Dəfnindən sonrakı 10 ildə mayın 4-də, saat 15:05-də ölkə ərazisində sabiq prezident bir dəqiqəlik sükutla yad edilib.
Birincilərin sonuncu mənzili – kim harada və necə DƏFN OLUNUB?30 ilə yaxın bir müddətdə SSRİ-yə rəhbərlik edən İosif Stalinin isə iki dəfə dəfn mərasimi keçirilib. 
Birinci mərasimdə, 6-9 mart 1953-cü ildə sovet liderini son mənzilə yola salanların sayı milyonlarla olub. İzdiham o dərəcədə böyük olub ki, sıxlıq nəticəsində təkcə vida görüşünün birinci günü 127 nəfər ayaqlar altında qalaraq ölüb. Stalinin nəşi balzamlaşdırılaraq açıq çəkildə Lenin Mavzoleyində saxlanılıb. İkinci dəfn mərasimi isə 31 oktyabr 1961-ci ildə baş tutub. Partiyanın XXII qurultayının qərarına əsasən, Stalin Lenin Mavzoleyindən çıxarılaraq Kreml divarları qarşısında torpağa basdırılıb. İkinci dəfni gecə saatlarında həyata keçiriblər. Qırmızı meydana daxil olan bütün avtomobil və piyada yolları bağlanıb. Stalin birinci dəfnindəki izdihamdan fərqli olaraq son mənzilə 8 zabitin çiynində yola salınıb. Həmin gecə saatlar ərzində mavzoleyin üzərindən Stalinin adı götürülüb. Bununla da Nikita Xruşov öz qisasını canlı Stalindən yox, Stalinin meyitindən almağa müvəffəq olub.
Birincilərin sonuncu mənzili – kim harada və necə DƏFN OLUNUB?Amma tarix Nikita Xruşovun bu əməlini cavabsız qoymayıb. 11 il SSRİ-yə rəhbərlik edən Nikita Xruşov 11 sentyabr 1971-ci ildə, 77 yaşında vəfat edib. Onun dəfn mərasimi Mərkəzi Komitənin göstərişi ilə "qapalı" keçirilib.
Nikita Xruşovun hansı səviyyədə dəfn edilməsi həmin dövrdə ölkənin birinci şəxsi olan Leonid Brejnevin kabinetində, qeyri-rəsmi şəkildə müzakirə edilib. Baş katib sabiq sovet liderinin Novodeviçye qəbiristanlığında dəfn olunmasını təklif edib və Kreml bu dəfn mərasiminə qatılmayacağı haqqında da qərar verib. Sentyabrın 11-də vəfat edən Xruşovun ölüm xəbəri ictimaiyyətə sentyabrın 13-də çatdırılıb. Onun vəfatı ilə bağlı dövlət rəsmiləri heç bir nekroloqa imza atmayıblar. Bir sözlə ifadə etsək, Xruşovun ölümü sıravi vətəndaşların ölümündən heç nə ilə fərqlənməyib. Xruşovla son görüş 1 saat ərzində onun vəfat etdiyi 10 nömrəli şəhər xəstəxanasında keçirilib. Mərkəzi Komitədən göstəriş verilib ki, dəfn sentyabrın 13-də saat 12-də Novodeviçye qəbiristanlığında 2 saat ərzində yekunlaşmalıdır. Xruşovun ailəsinə dəfndən bir gün əvvəl, sentyabrın 12-də dəfn yerinə baxmağa "icazə" verilib. Sabiq sovet liderinin oğlu Sergey Xruşov Novodeviçye qəbiristanlığında olanda, atası üçün hazırlanmış dəfn yerinə baxanda təəssüfünü və təəccübünü gizlədə bilməyib. Xruşov üçün qəbiristanlığın ən ucqar yerində, çox darısqal bir hissədə yer hazırlanıb. Sergey Xruşov dərhal müvafiq qurumlarla əlaqə yaradıb, dəfn yerinin dəyişdirilməsini xahiş edib. Bu məsələdə Xruşovlar ailəsinə "güzəşt"ə gediblər. Novodeviçye qəbiristanlığında Xruşovun dəfn olunacağı yer dəyişdirilib.
Birincilərin sonuncu mənzili – kim harada və necə DƏFN OLUNUB?

Siyasi       Tarix: 18 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda