"Bitcoin" alaq, yoxsa qızıl?

Həm qızılın, həm də "Bitcoin"in qiymətində artım müşahidə edilir. Bu artım bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər.
Son zamanlar dünya bazarında "Bitcoin"in qiyməti 70 min dolları keçib. Həmçinin qızılın qiyməti də yeni rekord qırmaqda davam edir, son bir ildə 19 faiz bahalaşma qeydə alınıb. İstər "Bitcoin", istərsə də qızıl hazırda investisiya aləti kimi geniş istifadə olunur. Yatırım etmək istəyənlər bu qiymət artımlarından xeyirlə çıxmaq istəyirlər. Onları bu artımların səbəbləri və perspektivi də maraqlandırır.
KONKRET.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
73 min dollar ətrafında satılır
Kriptovalyuta eksperti Elnur Quliyevin sözlərinə görə, martın ilk ongünlüyündə "Bitcoin" son üç ildə ilk dəfə "Binance" birjasında 73 min dollara qədər dəyər qazandı: "Hazırda isə "Bitcoin" 1,4 trilyon dollar bazar kapitalizasiyası ilə 72 min dollar ətrafında satılır. Bu qiymət ilə o ümumi bazar kapitalizasiyasının 52,2 faizini təşkil edir. Qiymətin artmasına təsir edən əsas faktorlar korporativ şirkətlərin "Bitcoin"ə kəskin tələbatının yaranması və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini vaxtından əvvəl azaldacağı ilə bağlı gözləntilərin artmasıdır".
"Bitcoin"in növbəti hədəfi…
Ekspertin fikrincə, qiymətdə həm artım, həm də azalma mümkündür: "Analizə əsasən, "Bitcoin"in növbəti hədəfi 80 min dollara qədər bahalaşmaqdır. Əgər hər hansı səbəbdən ciddi qiymət azalması baş verərsə, bu zaman dəyəri 55 min 170 və 50 min 500 dollar ətrafında olacaq. Bundan əlavə, qorxu və xəsislik indeksi hazırda 89 səviyyəsindədir. Bu amil investorlar arasında yüksək alış təzyiqi olduğunu göstərir. Bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki "həddindən artıq acgözlük" qiymətlərin düşməsi ilə müşayiət olunur".
Müsahibimiz bildirdi ki, hazırda ölkəmizdə kriptovalyuta üzrə investorların sayını və ümumi investisiya məbləğini müəyyən etmək mümkün deyil. Azərbaycanda kriptovalyutaların istifadəsi və kriptoinvestisiyaların leqallaşdırılması üçün ilk növbədə müvafiq qanunvericilik aktları qəbul olunmalıdır.
Bahalaşma investorlar üçün faydalıdır
E.Quliyev qızılın bahalaşmasının nəticələrinə də toxunub: "Adətən qızılın qiyməti bahalaşırsa, bu, qlobal iqtisadi böhranın yaxınlaşması və ya valyuta bazarına ciddi kapital axını əlaməti kimi qəbul olunur. İnvestorların bir qismi riskli, lakin yüksək qazanclı aktivlərə yatırım edirlərsə, digər qismi qızılı seçirlər. Bu tendensiya hələ bir müddət də davam edəcək. Qlobal makroiqtisadi mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu FED oynayır. Böyük ehtimal ki, yaxın aylarda FED uçot dərəcəsini endirəcək. Uçot dərəcəsinin aşağı salınması maliyyə bazarında dolların likvidliyini artırır, kreditlər ucuzlaşır və bu, investisiya mühitinə müsbət təsir edir. Bunlar ümumilikdə iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri ilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyə təşviq edir".
Ekspertin sözlərinə görə, qızılın qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına iki istiqamətdə təsir göstərir: "Dünya bazarında qızılın qiymətinin artması ölkəmizin qızıl ixracından əldə etdiyi gəlirin artması ilə nəticələnir. İkinci amil isə, Dövlət Neft Fondunun aktivlərində təqribən 30 ton qızıl var, qiymətlərin artması onların da dəyərini artırır. Yəni biz ölkə olaraq qızılın bahalaşmasında maraqlıyıq".
Tələb və təklifdən yaranan artım
İqtisadçı Pünhan Musayev isə dedi ki, "Bitcoin"lə bağlı nikbinliyin səbəbi tələb və təklifdən irəli gəlir: "Tələblə bağlı məqam ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının tənzimləyici addımlarından qaynaqlanır. Təklif sarıdan isə "Bitcoin"i dəyərləndirən məqam onun təchizatı ilə əlaqədardır. Zaman keçdikcə dəyərinin aşınmaması üçün "Bitcoin" məhdud sayda təsis edilib. Hər yeni yaradılan blok üzrə "Bitcoin" mükafatı sayı dörd ildən bir 50 faiz azalır. Məsələn, başlanğıcda mükafat 50 "Bitcoin" idisə, 2012-ci ildə 25, 2016-cı ildə 12.5, 2020-ci ildə isə 6.25 "Bitcoin"ə qədər azalıb. "Halving" adlanan bu proses hazırda "Bitcoin"dəki tədarük şokunu daha da dərinləşdirir. Beləliklə, bəlli miqdar təklif qarşılığında geniş tələb aktivin sürətlə bahalanmasına şərait yaradır".
Qızıl alışında son 50 ilin rekordu qeydə alınıb
P.Musayevin fikrincə, qızılın qiyməti də hələ maksimum həddə çatmayıb: "Qızılın qiymətindəki artım ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması, dolların zəifləməsi və yaranan iqtisadi problemlərə cavab olaraq Federal Ehtiyat Sisteminin pul siyasətini yumşaltması gözləntiləri ilə bağlı spekulyasiyaların (alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək) birləşməsindən irəli gəlir. Ukrayna müharibəsi, 40 ilin ən yüksək inflyasiyası, rekord borc səviyyəsi, Qərb bank sistemində yaşanan müvəqqəti çalxalanma və Yaxın Şərqdəki münaqişədən əlavə, bir sıra ölkələrin qızıl alışını son 50 ilin maksimumuna çatdırmaları fonunda bahalaşma təbii görünür".

Sosial       Tarix: 17 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler xeber az cəbhədən görüntülər sou xeberler