Bitki çaylarının qəbul edilməsi təsirli vasitədir

Bitki çaylarının qəbul edilməsi təsirli vasitədirDünyada ən çox sevilən içkilərdən biri çay sayılır. Xüsusən də insan orqanizmi üçün faydalı olan bitki çayları əvəzolunmazdır. Bitki çaylarının qəbulu sağlamlığın qorunmasında, çəki atmaq, immunitet sisteminin gücləndirilməsi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir. Ona görə də hansı bitki çayının nəyə yaxşı təsir etdiyini və hazırlanma qaydasını bilmək də vacibdir.
Milli.Az bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a deyib: "Bitki çaylarını dəmləyərkən onun temperaturu 70-80 dərəcədən çox olmamalıdır, çünki daha yüksək temperaturda dəmləyəndə təsiri bir qədər zəifləyir. Elə çay ola bilər ki, allergiyaya, mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb olsun, ona görə də bunları nəzərə almaq lazımdır. Bitki çayları ilə müalicə iki aya qədər davam edə bilər".
Bitki çayları tərkibindəki efir yağları, antioksidantlar və digər birləşmələrə görə sağlamlıq üçün faydalı hesab olunur. Həkim-fitoterapevtin dediyinə görə, qida qəbulundan sonra həzm narahatlığı olduqda nanənin limonlu çaya qarışdırıb içilməsi ən yaxşı yardımçı vasitədir. Qara çaya razyana qatılıb içilməsi köp problemini aradan qaldırır. Qara çaya bir çubuq darçın əlavə edilməsi insulin çatışmazlığı zamanı faydalı təsir göstərir. Darçın şəkərə olan tələbatı və insulin çatışmazlığını aradan qaldırır.
Bitki çaylarını mütəmadi olaraq həddindən artıq istifadə etdikdə sağlamlığa ciddi ziyan verə bilər. Mütəxəssislər hesab edirlər ki, bitki çaylarını istifadə etməzdən əvvəl onların tərkibi haqqında məlumatlı olmaq lazımdır.
Həkim-fitoterapevt deyib: "Yuxarı tənəffüs yollarının problemi ilə üzləşəndə cökə çayından istifadə etmək olar, bal və limon əlavə edilmiş itburnu çayı da təsirli vasitədir. Sarıkök və zəncəfil çayı içilməsi də mikrobları məhv edir, iltihabı prosesin qarşısını alır".
Vitamin və minerallarla zəngin olan bitki çayları bədənin bir çox tələbatını ödəyir və bəzi fizioloji problemləri həll edir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər valyuta mezennesi 2026 sonxeber xeber.az 2026