"Biz buraya qayıtmalı idik və qayıtmışıq"
"Bu futbol matçının ("Qarabağ" – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.
O qeyd edib ki, Xankəndi qədim Azərbaycan diyarıdır: "Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır".
Dövlət başçısı əlavə edib ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar: "Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq".
Kurslar.az kurslar [newsid: 0-123300]

Neft həftəni bu qiymətlə başladı
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib
Xaçmazdan Bakıya gələn avtobusda yanğın baş verdi
Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"
Göygöldə ər arvadını qətlə yetirib
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Azərbaycan Pakistana başsağlığı verdi