"Biz Rusiya ilə əməkdaşlıqdan geri çəkilmirik, amma Kreml Ermənistandan imtina edir" - Ovannisyan

"Biz Rusiya ilə əməkdaşlıqdan geri çəkilmirik, amma Kreml Ermənistandan imtina edir".
KONKRET.azxəbər verir ki, bu fikirlər erməni analitik Samvel Ovannisyanın məqaləsində yer alıb:
"Görünən odur ki, Ermənistan Rusiyanın yaratdığı və KTMT adlandırdığı təhlükəsizlik sistemindən get-gedə uzaqlaşır və tədricən Avropa Birliyinin dəstəyini alır. Üstəlik, Kreml imperiyanın qucağından çıxan Ermənistanı deyil, aldadılmış bir ölkəni buraxır. Rusiyanın xarici işlər naziri Lavrov gözlənilmədən Azərbaycana tərəfdaşı Ermənistandan daha çox güvəndiyini açıqlayıb. Azərbaycanlı həmkarı Bayramovla söhbətindən sonra Lavrov deyib: "Azərbaycanlılar məlumat verdilər, Ermənistan tərəfi üçtərəfli razılaşmaları pozaraq əraziləri minalayıb. indi bizim hərbçilər bunu araşdırırlar". Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri əslində azərbaycanlılara inandığını açıq şəkildə bildirdi", – deyə erməni analitik təəssüfünü gizlətməyib.
"Rəsmi Bakı razılıq vermədən Azərbaycan və Ermənistan sərhədində Avropa İttifaqı missiyası məhsuldar ola bilməz", – deyən Lavrov Azərbaycanın maraqları naminə İrəvana təzyiqləri açıq şəkildə nümayiş etdirir.
Moskva, əslində, öz planlarını ortaya qoyub. Ona münaqişənin həlli lazım deyil. Rusiyaya Cənubi Qafqazda bu və ya digər formatda iştirakı lazımdır. Avropa ittifaqı isə bizə dəstək verir və müxtəlif qətnamələr hazırlayır. Ümid etmək istərdim ki, Avropanın dəstəyi Ermənistanın təhlükəsizliyinin təmin edilməsində yalnız ilk addım olacaq. Rusiya ilə münasibətlərə gəlincə, KTMT hələ də buradadır. Biz onları tərk etmədik, onlar isə müdafiəmizi təmin etmək əvəzinə ittihamlara keçərək bizdən uzaqlaşdılar", – erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 21 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber cəbhədən son xəbər son.xeberler xabar az