Biz təkcə silahla yox, ədalətlə də güclüyük

Biz təkcə silahla yox, ədalətlə də güclüyükZəfər Günü münasibətilə keçirilən hərbi parad Azərbaycanın son illərdə regionda formalaşdırdığı yeni siyasi və təhlükəsizlik mühitinin nümayişi kimi qiymətləndirilə bilər. Bu parad, şübhəsiz ki, təkcə hərbi potensialın deyil, həm də ölkənin diplomatik nüfuzunun, müttəfiqlik əlaqələrinin və strateji tərəfdaşlıq modelinin siyasi simvolu kimi tarixdə qalacaq.
Türkiyə və Pakistan liderlərinin Bakıya səfəri, paradda Azərbaycan Prezidenti ilə birgə iştirak etmələri, regionda baş verən proseslər fonunda dərin geosiyasi məna daşıyır. Hər üç dövlətin eyni mərasimdə bir araya gəlməsi, beynəlxalq münasibətlərdə yeni bir təhlükəsizlik və əməkdaşlıq formatının möhkəmlənməkdə olduğunu göstərir. Bu, həm siyasi koordinasiya, həm də ideoloji yaxınlıq baxımından, Cənubi Qafqazda və daha geniş mənada Avrasiya məkanında yeni tarazlığın formalaşdığını ifadə edir.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, Azərbaycan öz gücü və iradəsi hesabına ərazi bütövlüyünü təmin edib və bundan sonra da regionda sülhün və sabitliyin təminatçısı rolunu davam etdirəcək. Bu bəyanat həm də postmünaqişə dövründə dövlətin prioritetlərini müəyyənləşdirən strateji istiqamətlərin konturlarını nümayiş etdirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı iki mühüm tezis üzərində qurulmuşdu: Bunlardan birincisi, Qarabağ uğrunda mübarizənin bütün türk dünyası üçün ortaq dəyər olması, ikincisi isə Ankara ilə Bakının müttəfiqliyinin artıq regional çərçivədən çıxaraq beynəlxalq təhlükəsizlik sisteminin mühüm komponentinə çevrilməsidir. Bu, "bir millət, iki dövlət" prinsipinin praktik xarakter daşıdığını və qarşılıqlı hərbi-siyasi inteqrasiyanın dərinləşdiyini göstərir.
Pakistan liderinin iştirakı isə bu formatın daha geniş coğrafiyaya açılmasına işarədir. Pakistanın həm Cənubi Asiyada, həm də İslam dünyasında nüfuz sahibi olması, onun Azərbaycanla eyni platformada dayanmasını geosiyasi baxımdan əhəmiyyətli edir. Bu, Azərbaycanın beynəlxalq müstəvidə çoxvektorlu siyasət yürütmək imkanlarını artırır, Qlobal Cənubun siyasi mövqeləri ilə Qafqaz regionu arasında strateji körpü yaradır.
Hərbi paradın özü həm də Azərbaycan Ordusunun son illərdə keçdiyi struktur islahatlarının, müdafiə sənayesinin inkişafının və texnoloji modernləşmənin nəticələrini əyani şəkildə göstərdi. Bu, həm hərbi güc nümayişi idi, həm də regional təhlükəsizlik sistemində yeni reallıqların təsdiqi. Türkiyə ilə ortaq təlimlər, istehsal sahəsində əməkdaşlıq və strateji əlaqələr Azərbaycanın müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldir.
Zəfər Günü paradı həm simvolik, həm də praktiki baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Simvolik tərəfi ondan ibarətdir ki, bu tədbir müstəqil dövlətçilik ideyasının, milli iradənin və suveren qərarvermə prinsipinin təsdiqidir. Praktiki tərəfi isə ondan ibarətdir ki, bu hadisə regionda yeni diplomatik münasibətlər modelinin formalaşmasına təkan verir. Azərbaycan artıq yalnız regional aktor deyil, həm də müxtəlif güc mərkəzləri arasında əlaqələndirici, balans yaradan bir dövlət kimi çıxış edir.
Zəfər paradı göstərdi ki, Azərbaycan yeni qələbələr qazanmağa, Zəfəri qorumaq, inkişaf etdirməyə qadirdir, qüdrətlidir. Biz təkcə silahla yox, ədalətlə də güclüyük!
Anar Yusifoğlu
Əməkdar jurnalist / azxeber.com

Sosial       Tarix: 10 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler beynelxalq bank mezenne cəbhədən şad xəbər en son xeberler