"Biz Türkiyəyə "soyqırım"ın tanınması da daxil olmaqla heç bir şərt qoymayacağıq" - Xaçatryan

"Biz Türkiyənin üzərinə "soyqırım"ın tanınması da daxil olmaqla heç bir şərt qoymayacağıq".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Vigen Xaçatryan deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması yolunda ilkin şərtlər qoymayacaq.
"Erməni soyqırımı"nın tanınması və iddiaları Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının gündəmində deyil.
Biz Türkiyə ilə münasibətləri bərpa edib, diplomatik əlaqələr qurduqda, tariximizdə üzləşdiyimiz bütün mürəkkəb məsələlər öz həllini tapacaq .
Münasibətlərin normallaşması yolunda və bundan sonra da biz Türkiyə qarşısında heç bir şərt qoymayacağıq, onlarla belə müzakirə aparmayacağıq", – deyə Xaçatryan əlavə edib.
O deyir ki, Türkiyə xalqının öz hökumətindən "erməni soyqırımı"nı qəbul etməyi tələb etməsi hakim gücün vəzifəsidir. Onun fikrincə, ermənilərlə türklər arasında əlaqələr və ünsiyyət qurmaq lazımdır.
"Dünya oturub bizim tələblərimizi gözləmir. Dünyanın bir çox ölkələrinin "erməni soyqırımı"nı tanıması nəyi dəyişdi?
Türk cəmiyyəti öz ölkəsindən "soyqırım"ı tanımasını tələb etməlidir və cəmiyyətin tələb etməsi üçün ermənilərlə türklər ünsiyyət qurmalı, bir-birini tanımalıdır. O divarı yıxmalıyıq, iki toplum hələ bir-birini yaxşı tanımır", – Xaçatryan deyib.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 25 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər futbol xeberleri cebheden xeber sonxeberler