"Bizdə əhali pensiya yaşının artırılmasına etiraz etmir ki, əksinə...' - Natiq Cəfərli

Milli Məclisin mayın 30-da keçirilən iclasında pensiya yaşının azaldılması məsələsi yenidən gündəmə gəlib. Deputat Tahir Kərimli bildirib ki, Azərbaycan MDB məkanında ən çox pensiya yaşı tətbiq edən ölkədir. O təklif edib ki, kişilər 62, qadınlar isə 59 yaşında pensiyaya çıxsın. 
Pensiya yaşı məsələsi ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlama verib.
Ekspert bildirir ki, bu müzakirələrin əsas məğzi pensiya yaşı olmamalıdır:
"Azərbaycanda pensiyanın məbləğinin aşağı olması məsələsi müzakirə olunmalıdır. Azərbaycan nadir ölkələrdəndir ki, pensiya yaşının artırılmasına əhalinin böyük hissəsi etiraz etmir. Avropa və digər ölkələrdə pensiya yaşı artarkən etirazları görürük. Ancaq Azərbaycanda əksinə bir çox insanlar pensiyaya çıxmaq istəmirlər. Əsasən də dövlət işlərində çalışanlar. Çünki onların maaşı, alacaqları təqaüddən yüksək olur. Təqaüd yaşının artırılıb-azaldılması məsələsi vacib məsələ olsa da, ikinci dərəcəlidir. Məsələyə bu yöndən baxmağı yanlış hesab edirəm. Əsas problem təqaüdlərin az olması ilə bağlıdır. Təqaüd fondları dövlətə məxsusdur. Özəl təqaüd fondları yaradılmalıdır ki, seçim imkanları olsun. ABŞ və Avropa ölkələrində bu fondlar uzun zamandır fəaliyyət göstərir. Özəl təqaüd fondlarının yaradılması ilk növbədə vətəndaşlara seçim imkanı verir".
Natiq Cəfərli bu problemlər ard-arda həll olunduqdan sonra təqaüd yaşı məsələsinin birdəfəlik həll olunacağını deyir:
"Fərdi müqavilələr olarsa, insanların özlərinin seçim imkanları olacaq ki, hansı yaşda təqaüdə çıxsınlar. Digər məsələ pensiya kapitalı ilə bağlıdır. Minimum təqaüd artan kimi təqaüdün yığım hissəsi də artır. Ötən il 34000 manata yaxın idi. Prezidentin fərmanı ilə minimum təqaüd 240 manatdan 280 manat olduqda, yığım kapitalı 40350 manata qalxdı. Normal təqaüd imkanlarına çıxış əldə edəndən sonra təqaüd yaşı məsələsi də həll olunacaq. Məsələnin məğzi qalıb kənarda bir çoxları təqaüd yaşını müzakirə edir. Vətəndaşlar arasında sorğu keçirsəniz,  bir çoxunun təqaüd yaşının artırılmasından heç bir narahatlıq ifadə etməyəcəklərinin şahidi olacaqsınız".
Qeyd edək ki, hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 63 yaşdır.
Şəbnəm Zahir

İqtisadiyyat       Tarix: 01 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xeber havanın temperaturu bu gune olan xeberler cəbhədən son görüntülər