Bizi dünyanın ƏN PİS QIŞI gözləyir - SOS/VİDEO
Video əlavə olunub.
xxx
Böyük Britaniyadakı müxalif Leyboristlər Partiyasının sözçüsü Reyçl Rivz ölkədə koronavirusa yoluxma hallarının sürətlə artdığını, ekspertlər isə bizi qarşıda ən pis qışın gözlədiyini açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rivz artan yoluxmalar fonunda hökumətin təcili B planına keçməsini təklif edib. BBC-nin Endryu Marr şousuna qatılan Rivz deyib ki, hökumət A planını gerçəkləşdirməkdən daha çox iş görməlidir.
Baş nazir Boris Conson və Səhiyyə naziri Sacid Cavid isə koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, daha sərt məhdudiyyətlərə keçməməkdə günahlandırılır. İngiltərədə qış mövsümündə COVID-19 ilə mübarizə planı çərçivəsində hazırlanan strategiyaya əsasən, hazırda qüvvədə olan A planı davam edir. Plana əsasən, təxminən 30 milyon nəfər gücləndirici peyvəndlər vurdurmalıdır, 12-15 yaşlı sağlam yeniyetmələrə bir doza kifayətdir, həmçinin qapalı məkanlarda maska taxmaq şərtdir.
Qeyd edək ki, Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid qış aylarında ölkədə koronavirusa yoluxanların sayının gündə 100 minə çata biləcəyi barədə xəbərdarlıq edib. Digər tərəfdən, səhiyyə işçiləri hökuməti qışda "böhrandan" qaçmaq üçün təcili olaraq bəzi tədbirlər görməyə çağırıb. Lakin hökumət bütün bu çağırışlara laqeyd qalmaqda və adekvat tədbirlər görməməkdə ittiham olunur.
Aytən Məftun

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm