Bizlə qətlə yetirilən Ədillə bağlı şok faktlar: Arvadı illərdir…

Bizlə qətlə yetirilən Ədillə bağlı şok faktlar: Arvadı illərdir…Bakının Binəqədi rayonunda baş verən qətldə öldürülən şəxs bir müddət əvvəl həyat yoldaşı ilə canlı efirə çıxıbmış.
KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki, Ədil Məhərrəmovun ailədaxili problemləri olub.
Belə ki, o, boşanmaq istədiyini yoldaşı Nuranəyə bildirdikdə, ölümlə hədələnib:
"Bu qadın məndən əl çəkmir. Onunla 2019-cu ildə kafedə tanış olmuşuq, ofisiant işləyirdi. "Sənə maşın, ev alaram" vədləri ilə məni aldadaraq, kəbin kəsdirməyə getdik. Bir müddət sonra övladımız dünyaya gəldi. Anamın evinə getməyə belə icazə vermir, polislə hədələyir. Mənim dediyim olmasa, səni öldürərəm deyirdi. Nuranənin övladlarından xəbərim olmayıb, sonradan öyrənmişəm. Gizlin iş görmüşdüm. Qız ortaya çıxanda, valideynlərimə dedim ki, ailə qurmuşam. 2020-ci ildə xəbərim olmadan mənə sənəd imzaladıb. 17 il boşanmamaq şərti ilə aliment ödəməliyəm. Məni məhkəməyə də çağırmayıblar, imza da atmamışam. Pis vərdişləri var. O məni anamın yanında döyüb. Mən ona əl vurmaq istəyəndə qaçır polisə, təhqir edir", – deyə Ə.Məhərrəmov bildirib.
Ədil Məhərrəmovun anası isə qeyd edib ki, elçi gedib, səhəri gün belə halların olduğunu eşidib:
"Nuranənin qarşısını kəsib demişəm ki, mən oğluma toy etmək istəyirəm. Mənə dedi ki, sənə ancaq oğlunun meyitini verə bilərəm".
Efirdə hətta iddia edilib ki, Ədilin arvadı da keçmiş ərini bıçaqlayıb.
***
Paytaxtın Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Məlumata görə, şərti adı Ədil Məhərrəmov olan şəxslə əvvəllər məhkum olunmuş 57 yaşlı şərti adı Nəcəf Qafarov adlı şəxs arasında mübahisə yaranıb.
Bu zaman Nəcəf Qafarov Ədil Məhərrəmova bizlə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.
"Eşitdiyimə görə, hadisə baş verməzdən öncə qayınatası, yoldaşı oturub yeyib-içiblər. İçkili olublar, sözləri çəp gəlib. Bu da davaya səbəb olub", – qonşulardan biri söyləyib.
Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Ətraflı Baku TV-nin süjetində:

Hadisə       Tarix: 23 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta sosial yardim krminal bu gun en sonxeber