Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?

Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?Son illər Azərbaycanda bir sıra məşhur simalar qazanc mənbələrini genişləndirərək müxtəlif sahələrə sərmayə yatırırlar. Onların arasında restoran, kafe, geyim, gözəllik və qida sektorunda fəaliyyət göstərən, öz adları ilə brendlər yaradan sənətçilər də var.
Bəzi məşhurlar biznes layihələrini uzun müddət davam etdirsə də, bəzilərinin yaratdığı obyektlər müəyyən müddətdən sonra fəaliyyətini dayandırıb.
azxeber.com şou-biznes nümayəndələrinin sahib olduğu və ya vaxtilə fəaliyyət göstərən bizneslərini araşdırıb.
Meyxanaçı Aqşin Fateh iyulun 3-də Quba rayonunda yeni restoranının açılışını edib. Sənətçi sosial media hesabında paylaşım edərək obyektin "By Fateh" adlanacağını açıqlayıb.
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?Qeyd edək ki, Aqşin Fatehin Bakıda da eyni adlı restoranı fəaliyyət göstərib, lakin həmin obyekt sonradan bağlanıb.
Xalq artisti, müğənni Tünzalə Ağayeva da biznes sahəsinə maraq göstərən sənətçilərdəndir. Onun "Sevmeli by Tunzale" adlı şokolad istehsal edən brendi fəaliyyət göstərir.
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?Müğənni Günay İbrahimlinin isə öz adına yaratdığı geyim brendi var. Sənətçi moda sahəsində fəaliyyət göstərərək şəxsi markasını inkişaf etdirir.
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?Müğənni Yaşar Cəlilov da biznes fəaliyyəti ilə məşğul olan sənətçilər sırasındadır. O, "Ulduzum by Yaşar Cəlilov" adlı gözəllik salonunun sahibidir.
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?Müğənni Niyam Salami illər əvvəl fəaliyyət göstərən "By Niyam" restoranını bağladıqdan sonra biznes fəaliyyətini başqa istiqamətdə davam etdirib. 
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?Hazırda sənətçinin Xəzər sahilində yerləşən "Aysberq Resort" kompleksini idarə etdiyi bildirilir. O, eyni zamanda axşam saatlarında restoranın şou proqramlarında səhnəyə çıxır.
Aparıcı Çinarə Əliyevanın da restoran biznesi var. O, İçərişəhərdə fəaliyyət göstərən "Brilliantovaya Ruka" kafesinin sahibidir. 
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?Vaxtilə əkiz müğənnilər Sevil və Sevinc Səfərova bacılarının da restoran biznesi olub. Onlara məxsus "Mozarella Baku" adlı restoran müəyyən müddət fəaliyyət göstərsə də, sonradan bağlanıb.
Aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov da biznes sahəsində özlərini sınayıblar. 
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?Onlar bir müddət "Bu şəhərdə" adlı restoran fəaliyyət göstəriblər. Lakin həmin obyekt də sonradan fəaliyyətini dayandırıb.
Fəridə Əsədzadə

Şou Biznes       Tarix: 08 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat qurban bayrami 2026 valyuta mezenesi cəbhədən son xəbərlər