Blaqoveşenskdə Rusiya və Çin arasında ilk avtomobil körpüsü açıldı - VİDEO
Blaqoveşenskdə Amur çayı üzərində Rusiya və Çin arasında ilk avtomobil körpüsünün tikintisi 2016-cı ildə başlayıb və 19 milyard rubla başa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti" agentliyi yayıb.
Mənbə Blaqoveşensk (Rusiya) – Heyhe (Çin) beynəlxalq avtomobil körpüsündə yük daşımalarının açıq olduğunu yazıb.
Mərasimə Moskva, Vladivostok və Pekin studiyalarından rəsmilər qatılıb. Tədbirdə distant üsulla Rusiya Baş nazirin müavini və Prezidentin Uzaq Şərq üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev, Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin müavini Hu Çunxua, Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev və Rusiyanın Uzaq Şərq və Arktika üzrə nəqliyyat naziri Aleksey Çekunkov iştirak ediblər.
Trutnevin fikrincə, "bugünkü parçalanmış dünyada Rusiya və Çin arasında Blaqoveşensk-Heyhe körpüsü xüsusi əhəmiyyət kəsb edir".
İlk yük maşınları Rusiya və Çin arasındakı sərhəd körpüsündən Kani-Kurqan-Heyhe keçid məntəqəsindən keçib. Körpünün uzunluğu 1080 metrdir və 2 zolaqlıdır. Yolun hərəkət hissəsinin ümumi eni 11 metr təşkil edir.
Roman Göytürk,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək