Blinken: "Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər
"Azərbaycan və Ermənistan davamlı sülh sazişinə doğru ciddi irəliləyiş əldə ediblər".
azxeber.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.
"Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə edilə bilər, lakin son mərhələ həmişə ən çətin olanıdır"-deyə, o bildirib. Bayden əlavə edib ki, ABŞ dialoq yolunu təklif etməyə davam etməkdən məmnundur:
"Hər iki tərəf son bir neçə gündə bəzi çox çətin məsələləri müzakirə edib və davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə ediblər. Düşünürəm ki, danışıqların sürəti və həmkarlarımızın qurduğu təməl onu göstərir ki, biz həqiqətən razılığa gəlmək ərəfəsindəyik.
Lakin Birləşmiş Ştatlar hər iki dostumuza finiş xəttini keçməyə kömək etməyə davam etmək üçün buradadır. Dediyim kimi, düşünürəm ki, biz buna çox yaxınıq. Nəhayət deməliyəm ki, həm Ermənistandan, həm Azərbaycandan, həm də dostlarımdan, xarici işlər nazirlərindən gördüyümüz rəhbərlik ilhamvericidir.
Bunların heç biri asan deyil, lakin qalan çətin məsələlərin öhdəsindən gəlmək üçün irəliləmək əzmi realdır. Və biz hiss edirik ki, bu bir neçə gündə çox nəzərəçarpacaq irəliləyiş əldə etdik. Yekun razılaşma əldə oluna bilər və biz buna nail olmaqda davam etməkdə qərarlıyıq".

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi