"Blinkenin Paşinyanla söhbəti kifayət qədər SƏRT OLUB" - "Past"

Blinkenin Paşinyanla söhbətinin tonu kifayət qədər sərt olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, bu yaxınlarda ABŞ dövlət katibi Entoni Blinken Nikol Paşinyanla telefon danışığı aparıb. Rəsmi məlumatlardan məlum olub ki, dövlət katibi bir sıra digər protokol dili ilə yanaşı, Paşinyanı sülh prosesinin təşviqi üçün konkret nəticələrin əldə edilməsi istiqamətində irəliləyişi davam etdirməyə çağırıb.
"Çoxlarını maraqlandırırdı ki, niyə belə "zəng" yalnız Ermənistan tərəfinə göndərilib? Lakin əksər ekspertlərin fikrincə, burada problem birtərəflilik deyil. Çünki telefon danışığı Paşinyanla olub və bu sözlər, təbii ki, ona ünvanlanmalı idi.
Əslində sualın daha dərin alt mətni var. O cümlədən, diplomatik mənbənin bildirdiyinə görə, Blinken geosiyasi səbəblərdən dolayı Paşinyanla kifayət qədər sərt tonda danışıb.
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Amerika tərəfi Rusiyanın münasibətlərin normallaşdırılması təklifləri ilə bağlı Ermənistanın siyasi meydanında səslənən mesajlardan ciddi narahatdır.
Fakt budur ki, Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib ki, onlar Rusiyanın təkliflərinin (Qarabağ məsələsinin həlli məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması və s.) tərəfdarıdırlar.
Odur ki, Amerika tərəfi "Vaşinqton" variantından fərqli olaraq "Rusiya variantının sonda dominant olacağından, bu da geosiyasi maraqlar və ambisiyalar ucbatından Qərbin regiondakı planlarının iflasa uğraması demək olacağından ciddi şəkildə narahatdır.
Təbii ki, Rusiyanın istənilən aktivləşməsi və təsir zonalarının bərpası və ya genişləndirilməsi, yumşaq desək, "kollektiv" Qərbin və xüsusən də ABŞ-ın narahatlığına səbəb olur", –deyə qəzet yazıb.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 20 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun bugunun xeberleri cəbhədən son vəziyyət cəbhədən son xəbərlər