"Bloomberg" Türkiyənin ABŞ-la bağlı planından yazdı: Ərdoğanın atacağı addımlar...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la müdafiə və iqtisadiyyat sahəsindəki razılaşmanı dayandırmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən yazıb.
Nəşr bildirir ki, bu addıma səbəb ABŞ prezidenti Co Baydenin aprelin 24-dəki məlum çıxışıdır. Agentlik yazır ki, Ərdoğanın atacağı addımlar sırasında müdafiə və iqtisadi əməkdaşlıq haqda ikitərəfli müqavilənin dondurulması da yer alır. Bu müqavilə vaxtilə Ankaraya Suriya və İraqdakı münaqişələr zamanı Vaşinqtonla birgə iş aparmağa yardım etmişdi.
Müdafiə paktı iki ölkə arasında hərbi qarşılıqlı əlaqələr sahəsində vacib sənədlərdən biridir. Müqaviləyə görə, Ankara və Vaşinqton kəşfiyyat məlumatları ilə mübadilə edir, birgə təlimlər keçirirlər, eləcə də amerikalıların Türkiyə aviabazalarına çıxışı var. Sənəddə türklərə maliyyə və iqtisadi yardımların göstərilməsi, eləcə də hərbi sənayenin müasirləşdirilməsi bəndləri də var.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək