BMT Baş katibi Azərbaycan və Ermənistan liderlərinin ABŞ-də keçiriləcək görüşünü alqışlayıb
BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında sabah Vaşinqtonda keçiriləcək üçtərəfli görüşü alqışlayır.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş katibi sözçüsünün müavini Fərhan Haq bildirib.
Onun sözlərinə görə, BMT Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində bütün irəliləyişləri daim dəstəkləyib və təşviq edib.
"Xüsusilə, mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan addımlar bu baxımdan mühüm idi. Baş katib Quterreş Ermənistan və Azərbaycan liderləri ilə Prezident Donald Tramp arasında keçiriləcək sabahkı görüşü müsbət qarşılayır və alqışlayır", – deyə Fərhan Haq vurğulayıb.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı