BMT Zəngəzurda ofis, İran isə konsulluq açacaq
BMT tezliklə Ermənistanın Zəngəzur bölgəsində ofis açacaq.
KONKRET.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan mətbuat konfransında danışıb.
O, qeyd edib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə 4 milyon dollarlıq müqavilələr imzalanıb, hazırda strukturun nümayəndəsi regional administrasiyada işləyir: "Tezliklə Ümumdünya Ərzaq Proqramının Zəngəzurda ofisi açılacaq. Bununla bağlı əməkdaşlıq memorandumları artıq imzalanıb".
Qukasyan Ermənistanın cənub qonşusu İranın Zəngəzurda konsulluq açmağı planlaşdırdığını da bildirib.
Zəngəzurda xarici diplomatların fəaliyyətini şərh edən qubernator vurğulayıb ki, müxtəlif tərəfdaşlarla, o cümlədən ABŞ və Aİ-nin iştirakı ilə layihələr həyata keçirilir. Yaxın vaxtlarda Ermənistanda akkreditə olunmuş daha dörd səfir Zəngəzura səfər edəcək.
Regionun rəhbəri qeyd edib ki, yerli hakimiyyət orqanları sosial, iqtisadi və digər proqramların həyata keçirilməsində maraqlı olan bütün ölkələrlə işləməyə hazırdır.
Roman Göytürk,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun