BMW 312 min avtomobili geri çağırır
Almaniyanın məşhur şirkəti BMW Çin bazarında satdığı 312 min avtomobili yanacaq çənindəki qüsurlara görə geri çağırır.
Publika.az xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.
Bildirilir ki, dekabrın 27-də başlayacaq proses çərçivəsində "BMW Group"un Çindəki müştərək müəssisəsi olan "BMW Brilliance Automotive"in 2011-2016-cı illərdə istehsal etdiyi BMW 3-cü seriya modelindən müxtəlif modifikasiyalı avtomobillər geri çağırılacaq.
Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, nasaz çənlər yanacaq çatışmazlığına, o da öz növbəsində təhlükəsizlik risklərinin çoxalmasına səbəb ola bilər.
"BMW Brilliance Automotive" nasaz detalları öz hesabına dəyişəcəyini bəyan edib. /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz