Boçarnikov: "Heç kim Azərbaycan-Rusiya münasibətlərinə zərbə vura bilməyəcək"
"Heç kim Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətlərinə zərbə vura bilməyəcək".
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov "Moskva-Bakı: İki paytaxtın dialoqu" konfransında deyib.
O bildirib ki, heç kim Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətlərinə zərbə vura və iri regional layihələrin inkişafına mane ola bilməyəcək.
Boçarnikov bildirib ki, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 24% artaraq 3,71 milyard dollar təşkil edib.
Bundan başqa, diplomat əlavə edib ki, Rusiyadan Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 6 milyard dolları ötüb. Boçarnikov Azərbaycanda Rusiyanın iştirakı ilə 1456 müəssisənin qeydiyyatdan keçdiyini qeyd edib.
"Heç kimə sirr deyil ki, dost dövlətlərimizi anti-Rusiya sanksiyalarına qoşulmağa və Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa vadar edən Qərbin görünməmiş təzyiqləri fonunda ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda müsbət irəliləyişlər baş verir", – Boçarnikov deyib.
Səfir əlavə edib ki, "Rusiya Federasiyası və Azərbaycan bundan sonra da iki ölkə arasında münasibətlərin daha yaxşı, geniş və səmərəli olmasına yönəlmiş Heydər Əliyev xəttinin davam etdirilməsi üçün mümkün olan hər şeyi edəcək".
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi