Boksçumuz dünya birinciliyində 1/4 finala yüksəldi
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
Publika.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
Onlardan Əli Zamanov (52 kq) ikinci qarşılaşmasını keçirib. Ermənistanlı Ruben Qarboyanı mübarizədən kənarlaşdıran yeniyetmələr arasında Avropa çempionumuz bu dəfə tailandlı Tanakon Aonyaemlə üz-üzə gəlib. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb - 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28).
O, yarımfinala gedən yolda rusiyalı Yevgeni Jorovla döyüşəcək. Görüş aprelin 19-na təsadüf edəcək.
Zamanovun uğurunu Cəlal Qurbanov (60 kq) da davam etdirib. 1/16 final mərhələsi çərçivəsində Ferens Samu (Macarıstan) ilə üz-üzə gələn həmyerlimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Qurbanov 1/8 final görüşünü aprelin 18-də yaponiyalı Reyto Tsutsumiyə qarşı keçirəcək.
69 kq çəki dərəcəsində qüvvəsini sınayan Samir Nəsirov 1/16 finalda Mateus Urbanla (Polşa) döyüşüb. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, mundialın ilk günündə Əzrək Bəbirov (56 kq) 1/16 final döyüşünü qələbə ilə bitirib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İran ABŞ-a sərt cavabla hədələdi: "Bütün regional obyektlər hədəf alınacaq"
Almaniya kanslerindən Paşinyana SÜLH ÇAĞIRIŞI: "Yeni addımlar atılmalıdır!"
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
İsrail Türkiyə ilə MÜHARİBƏYƏ başlayır - ŞOK ANONS
HƏMAS-ın rəhbərindən İLK MÜRACİƏT: "Yolumuz dəyişməz olaraq qalır"
Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?
"Real Madrid" daha bir dünya çempionunu transfer edir
Sabah 16 mindən çox abonentin qazı kəsiləcək
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb