"Bölgədə vəziyyət daha da gərginləşəcək" - "Bu, Ermənistan hakimiyyətinə böyük təhlükə vəd edir"

"Regionda sabitliyi pozmaq üçün hər cür təxribata əl atan Ermənistan indi də İrəvanda mitinqlərə başlayır. Sabah start veriləcək çoxminli mitinq iştirakçılarının tələbi aydındır. Açığı, bu, Ermənistanın yaratdığı növbəti siyasi qalmaqaldır. Qarabağın əldən getməsilə barışa bilməyənlər, soydaşlarının "acından ölməsi"ndən narahat olanlar sabah İrəvan küçələrinə çıxacaqlar. Bununla da Ermənistan dünya birliyinə çatdırmaq istəyir ki, onlar hələ sülhə hazır deyillər və Paşinyan fərqli mövqe tutur".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural Əliyev deyib.
Bildirib ki, Ermənistanda bu mitinqlərin anonsu əvvəlcədən verilirdi.
"Qarabağda baş verən humanitar şou, ardınca qondarma rejim daxilində parçalanmalar və dünya ermənilərinin mitinqləri, ayrı-ayrı ölkələrdə Azərbaycan səfirliklərinə qarşı hücumlar, aksiyaların təşkili – bütün bunlar yenidən Ermənistan daxilində, Qarabağ məsələsi ətrafında birləşməyi nəzərdə tutur. Ermənistanda bu günə qədər yalançı və saxta ideologiya hökm sürür. Bunların saxta ideologiyalarından biri Qarabağın erməni torpağı olması və Ermənistana birləşdirilməsidir. Artıq Qarabağdan əllərini üzüblər. Amma müəyyən ümidləri də qalıb. Ayrı-ayrı lobbi təşkilatları vasitəsilə yerli hakimiyyətlərə təsir, Azərbaycana təzyiq etmək, Laçın yoluna beynəlxalq idarəçiliyi gətirmək və yenə də köhnə fikirlərinə qayıtmaq niyyətindədirlər. Amma bunlar baş vermir, çünki regionda tamam başqa geosiyasi mənzərə formalaşıb. Azərbaycanla artıq güc dili ilə danışmaq mümkün deyil. Diplomatik məkanda da uduzurlar".
Politoloq bir məqama da diqqət çəkib ki, mitinqlər başlamamış artıq təxribatlar baş verib.
"Səhər saatlarında sərhəddə Ermənistan yenidən təxribat törədib. Erməni mətbuatı yazır ki, iki əsgəri ölüb. Çalışacaqlar ki, belə təxribatlarla sərhəddə gərginlik yaratsınlar və bununla da Qarabağ məsələsinə təsir göstərsinlər və Azərbaycanı təcavüzkar siyasətdə ittiham etsinlər. Bunlar hamısı bir-birilə bağlı məsələlərdir və bir neçə mərkəzdən idarə olunur. Ermənistan artıq sübut etdi ki, sülh istəmir və Paşinyan hakimiyyəti də əvvəldən bu müqaviləni bağlamağı özünün hakimiyyətinə təhdid bilir. Çox yaxşı anlayır ki, sülh müqaviləsi bağlanarsa, onun hakimiyyətinə daha böyük təzyiqlər və təhdidlər başlayacaq.
Ona görə də humanitar şou yaratmaqdan başqa yolu qalmayıb. Bundan bir nəticə əldə edə bilmədikdə isə sərhəddə təxribatlar törətməklə yenidən sülh prosesini dalana istiqamətləndirir. Ona görə də separatçıların daxilində baş verən parçalanmalar və qondarma rejimdə gələcəklə bağlı artıq şübhələr var. Bütün bunları ört-basdır etmək və qondarma rejimi ayaqda saxlamaq üçün bu addımlar atılır. Bununla beynəlxalq güclərin köməyi ilə status kvonu saxlamağa çalışırlar. Amma bu baş verməyəcək. Əgər Paşinyan sülh müqaviləsi imzalamasa və hələ də Qarabağdan qanunsuz silahlı birləşmələr çıxarılmasa, bölgədə vəziyyət daha da gərginləşəcək. Bu da Ermənistan hakimiyyətinə böyük təhlükə vəd edir"" – deyə politoloq fikrini tamamlayıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 01 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda son xeber az az xeber ən son xəbərlər