Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasından Azərbaycana DƏSTƏK - FOTO
Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasından Azərbaycana DƏSTƏK - FOTO
Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatası Dağlıq Qarabağda gedən döyüşlərdə Azərbaycanı dəstəklədiyini açıqlayıb.
Palatanın təqdim etdiyi məlumata görə, bu barədə qurumun Azərbaycan tərəfidən həmtəsisçi Ramin Əhmədov bildirib. Onun sözlərinə görə, Avropa Ticarət və Sənaye Palataları Assosiasiyasının prezidenti Kristof Leytl və Bolqarıstan Ticarət və Sənaye Palatasının prezidenti Svetan Smyonova göndərilən məktubda bu məqam əks olunub.
Bununla belə, Palatanın bolqarıstanlı həmtəsisçisi olan Dimitar Bratanovun ünvanladığı və imzaladığı müraciətdə qeyd edilir:
"Biz Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri 1 aydan çoxdur Qafqazda hərbi əməliyyatların inkişafını diqqət və narahatlıqla izləyirik.
Bu hadisələr Azərbaycanın beynəlxalq aləmdə tanınan suveren ərazisində baş verir. İşğal olunmuş ərazilərin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələrinin yerinə yetirilməməsi insan ölümləri və həmçinin sənaye və mülki infrastrukturun dağıdılması da daxil olmaqla hazırkı hadisələrə səbəb olub.
Hazırda Azərbaycan xalqının son arzusu ərazilərini beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bərpa etməkdir və biz bu münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün bütün beynəlxalq və qeyri-hökumət təşkilatlarını yardıma çağırırıq.
Biz Azərbaycan xalqının münaqişəni sülh yolu ilə həll etmək və ərazi bütövlüyünü ədalətlə bərpa etmək üçün atdığı ədalətli və qanuni səylərini tam dəstəkləyirik".


Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."