Bolqarıstan səfiri Azərbaycanı tərk edir

Bolqarıstan səfiri Azərbaycanı tərk edir17 noyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir Ceyhun Bayramov səfirin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Nazir iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət olunduğunu bildirib.
Səfir Nikolay Yankov Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində uğurla inkişaf etdiyini bildirib. Bu xüsusda, Azərbaycanla Bolqarıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiya şəhərinə səfərinin əhəmiyyəti diqqətə çatdırılıb. Səfir Nikolay Yankov Azərbaycanın Bolqarıstan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit istiqamətlərində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.
Daha sonra nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 18 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber novruz bayramı cəbhədən son vəziyyət valyuta mezennesi