Bolt' sürücüləri narazıdırlar: Xidmət haqqı qalxdı, gəlirlər azaldı

Bolt' sürücüləri narazıdırlar: Xidmət haqqı qalxdı, gəlirlər azaldıSon günlər sosial media platformalarında "Bolt" taksi xidməti ilə bağlı ciddi narazılıq müzakirə mövzusudur.
Sürücülər iddia edirlər ki, şirkət komissiya haqqını 30%-ə qədər artırıb və bu da onların gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
"Bolt"un xidmət haqqı artıq 33%-ə çatıb. Komissiya olduğu kimi qalır, xidmət haqqı isə qalxıb. Əvvəllər 10 manatlıq gediş haqqına görə 30 qəpik tuturdularsa, indi bu məbləğ üç manata qədər artıb. Özlərinə deyəndə isə deyirlər ki, o pul sizin deyil. Guya normalda sifarişinizin qiyməti, məsələn, altı manatdırsa, onlar yeddi yazırlar və bizdən tutduqları həmin o bir manatdır. Əslində isə belə olmadığını bütün taksi sürücüləri bilirlər. Əvvəllər hər 10 manatlıq sifarişə görə şirkətə bir manat ödəyirdiksə, indi bu rəqəm üç manata çatıb", - deyə sürücü şikayətlənib.
"Bolt" sürücüləri hesab edirlər ki, şirkət süni şəkildə xidmət haqqını artırır və bunun müştərilərin ödədiyi məbləğə heç bir aidiyyəti yoxdur.
"Bolt Azərbaycan" şirkətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, son bir il ərzində komissiya dərəcəsində dəyişiklik edilməyib.
"Azərbaycanda minlərlə sürücü "Bolt"un tətbiqi vasitəsilə həm yerli sakinlərə, həm də ölkəmizin qonaqlarına xidmət göstərir. Şirkət olaraq, sürücülərin qaydalara riayət etməsi və təhlükəsizliyin təmin olunması üçün mütəmadi olaraq məlumatlandırma aparırıq.
"Bolt" sürücülər üçün əməkdaşlıq şərtlərini yaxşılaşdırmağa və gəlir səviyyəsini artırmağa çalışır. Bazar tələblərini nəzərə alaraq, onlar üçün optimal təkliflər hazırlayırıq ki, daha çox qazanc və kifayət qədər sifariş qəbul edə bilsinlər.
Sorğunuzla bağlı bildiririk ki, son bir il ərzində komissiya dərəcəsində dəyişiklik edilməyib.
Ümumilikdə qeyd etmək istərdik ki, "Bolt" komissiya dərəcəsini dəyişdirmək hüququna malikdir. Bununla yanaşı, sürücülər də istədikləri zaman platformaya qoşulmaq və ya fəaliyyəti dayandırmaq hüququna sahibdirlər. Biz isə sürücülərin ehtiyaclarına hörmətlə yanaşır və bu cür dəyişikliklər barədə onları əvvəlcədən məlumatlandırırıq", - deyə açıqlamada vurğulanır. / azxeber.com

Sosial       Tarix: 17 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət cəbhədən yeni xəbərlər xabar az en sonxeber