Borrel: "Azərbaycandan təbii qazın idxalı artırılıb"
"Avropa əsl fırtına ilə üz-üzədir: enerji qiymətləri yüksəlir, iqtisadi artım yavaşlayır, qış yaxınlaşır".
KONKRET.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya qazının idxal payının ilin əvvəlindəki 40%-dən bu gün təxminən 20%-ə qədər ümumi azalmasının öhdəsindən müəyyən dərəcədə gələ bilib:
"Bu, əsasən mayeləşdirilmiş təbii qazın (LNG) alışının artması hesabına əldə edilib, onun payı iki dəfə artaraq 19%-dən 37%-ə çatıb. Norveç, Əlcəzair və Azərbaycandan da təbii qazın idxalı artırılıb. Lakin çətin həqiqət budur ki, bu qış biz qeyri-rus mənbələrindən nə qədər əlavə qaz ala biləcəyimiz həddinə yaxınlaşırıq. Beləliklə, əsas hissə enerji qənaətinə, yəni tələbatın azalmasına düşməlidir".
Aİ-nin xarici siyasət departamentinin rəhbəri təəssüf edir ki, 2014-cü ildən sonra Avropa tədarüklərin şaxələndirilməsi və onlarda Rusiyanın payının azaldılması, enerji səmərəliliyinə və bərpa olunan mənbələrə sərmayə qoyuluşu üzərində qurulmuş əsl Aİ enerji ittifaqı yaratmayıb.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var