Borrell: "Şimal axını" hadisələri qəsdən törədilib"
"Bütün mövcud dəlillər "Şimal axını" qaz kəmərlərindəki qəzanın məqsədyönlü hərəkətlər nəticəsində baş verdiyini göstərir".
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
O, həmçinin bildirib ki, Aİ qaz kəmərləri ilə bağlı insidentlərin araşdırılmasına dəstək verəcək.
"Aİ kəmərlərə dəyən ziyandan dərin narahatdır. Bu hadisələr təsadüfi deyil və hamımıza təsir edir. Biz bunun necə baş verdiyinə dair istənilən təhqiqatı dəstəkləyəcəyik və enerji təhlükəsizliyi sahəsində öz dayanıqlığımızı artırmaq üçün əlavə addımlar atacağıq", – deyə Borrell əlavə edib.
Qeyd edək ki, sentyabrın 26-da "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində təzyiqin kəskin azalması qeydə alınıb. Danimarka və İsveç "Şimal axını"nda qaz sızması aşkar ediblər.
İqbal Rzayev,
KONKRET.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır