Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTO

Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTOAZƏRTAC-a istinadən xəbər verir ki, nüfuzlu media qurumlarında yayılan informasiyalarda Prezident İlham Əliyevin geniş tərkibli nümayəndə heyəti ilə Bosniya və Herseqovinaya səfəri iki ölkə arasında əlaqələrin daha da zənginləşməsi üçün dəyərli imkan kimi qiymətləndirilib.
"hayat.ba" saytında yayımlanan məqalədə Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlıq potensialından tam istifadə etmədiyi təəssüflə qeyd olunub. Məqalədə Azərbaycanın son onilliklərdə enerji ixracı sahəsində təsirli iqtisadi artım qeydə almış ölkə kimi dəyərləndirilib. Bildirilib ki, bu artım öz növbəsində Azərbaycanın geosiyasi imkanlarını gücləndirib. Yazıda, həmçinin Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfərinin hər iki ölkəyə böyük fayda gətirəcək əməkdaşlığın yeni dövrünü açacağı qeyd edilib.
Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTO"etto.ba" saytında dərc edilən məqalədə Prezident İlham Əliyevin bu səfərinin hər iki ölkə üçün mühüm əhəmiyyəti qeyd edilib. Azərbaycanın iqtisadi və siyasi yüksəlişi Bosniya və Herseqovinanın ölkəmizlə daha dərin əlaqələr qurması üçün əsas səbəblərdən biri kimi göstərilib. "Azərbaycan sübut edir ki, ağıllı xarici siyasət, hətta kiçik ölkələr üçün də manevr yolu açır", – deyə məqalədə vurğulanıb.
Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTOAnadolu agentliyinin Balkan versiyasında yayımlanan məqalədə Azərbaycanla Bosniya və Herseqovina arasında diplomatik münasibətlərin tarixi analiz edilib. Məqalədə bildirilib ki, Bosniya və Herseqovina Azərbaycanın sübut olunmuş dostudur və bu, dövlət qurumları tərəfindən qəbul edilmiş son dərəcə mühüm sənədlə təsdiqlənir. Məhz 2014-cü il aprelin 29-da Bosniya və Herseqovina "Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək haqqında" Qərar qəbul edib. Bununla da Bosniya və Herseqovina öz institutları vasitəsilə haqqın tərəfində durmağa və Azərbaycan xalqına, eləcə də hüquqi institutlarına dəstək verməyə hazır olduğunu nümayiş etdirib. Yazıda, eyni zamanda, iki ölkə arasında anlaşmanın yüksək səviyyədə olduğu və bunun qarşıdan gələn böyük layihələr üçün əla başlanğıc nöqtəsi ola biləcəyi qeyd edilib.
Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTO"intelektualno.com", "balkannews.ba" saytları da Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri ilə bağlı və ölkələrimiz arasındakı əlaqələri, tarixi oxşarlıqları əks etdirən məqalə dərc edib. Bildirilib ki, 1990-cı illərin əvvəllərində hər iki ölkə Avropadakı siyasi dəyişikliklərin nəticəsi olan oxşar problemlərlə üzləşdi. Azərbaycan SSRİ-nin, Bosniya və Herseqovina isə Yuqoslaviyanın parçalanmasından sonra tələsik ölkənin bərpasına başlamaq məcburiyyətində qaldı. Lakin Azərbaycan bunu bir qədər sürətlə edə bildi. Əlbəttə ki, bunun üçün əsas amillərdən biri Azərbaycanın ildən-ilə artan iqtisadi gücü oldu.
Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTOBosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTOTRT balkan versiyasında, "slobodna-bosna.ba" və "politicki.ba" saytları da Bosniya və Herseqovina ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən bəhs edən məqalə dərc ediblər. Bosniya və Herseqovina ilə Azərbaycan arasında əməkdaşlığın hər iki ölkə potensialına adekvat olmadığı, daha yüksək nəticələr əldə edilə biləcəyi qeyd olunub. Yazılarda Bosniya və Herseqovinanın Azərbaycan üçün potensial investisiyalar baxımından münbit zəmin olduğu diqqətə çatdırılıb.
Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTOBosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTOBosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTO"klix.ba" saytında isə Prezident İlham Əliyevin səfərinin hər iki ölkə üçün nə kimi yeniliklər gətirəcəyi barədə müsahibə yayımlanıb. Tarixçi, beynəlxalq əlaqələr üzrə professor Yahjo Muhasiloviç Bosniya və Herseqovina ilə Azərbaycan arasındakı əlaqələrdən, iki ölkə arasında əməkdaşlıqdan, enerji məsələlərindən və bu səfərin ölkələrimiz üçün açacağı imkanlardan danışıb. O bildirib ki, Azərbaycan öz regionunda bir gücdür və gələcəkdə beynəlxalq arenada daha vacib amil olacaq. Buna görə də Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlığı çox vacibdir. Həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin səfəri layihələrin və investisiyaların artırılması üçün geniş imkanlar açır.
Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTO"oslobodjenje.ba" saytında yayımlanan məqalədə də Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfərindən, müzakirə oluna biləcək məsələlərdən bəhs edilib. Bildirilib ki, səfər zamanı aparılan müzakirələrdə iqtisadi və enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriləcək.
Bosniya və Herseqovina KİV-i İlham Əliyevin bu ölkəyə səfəri ərəfəsində silsilə məqalələr yayımlayıb - FOTO/ konkret.az

Siyasi       Tarix: 14 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler azerbaycan xeberleri son xeberler maliyye xeberler bugun xəbər.az valyuta mezennesi 2026 cəbhədən yeni xəbərlər