"Böyük Dəbilqə"nin sonuncu günündə onlar tatamiyə çıxacaq
Bu gün Milli Gimnastika Arenasında "Böyük Dəbilqə" turnirində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
KONKRET.az xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federsiyası məlumat yayıb.
Bildirilib ki, turnirin sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
"Böyük Dəbilqə"
Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final
Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final
Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final
Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final
Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final
Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir
Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final
Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final
Daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
İlkin görüşlər saat 10:30-da başlayacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib