Böyük hücum planının ÜSTÜ AÇILDI: Keçmiş hərbçilər
Almaniya ordusunun keçmiş əsgərlərinin miqrantlara hücum planlaşdırdıqları ortaya çıxıb.
Publika.az xəbər verir ki, Aşağı Saksoniya əyalətinin Lüneburq Baş Prokurorluğu 37-53 yaş arasında 9 şəxsə "silahlı təşkilata qoşulmaq və ona rəhbərlik etmək" ittihamı ilə istintaq başladıldığını açıqlayıb.
Məsələ ilə əlaqədar "Der Spiegel" dərgisinin hesabatını təsdiqləyən Prokurorluq qrupun hərəkətlərinə ksenofobiya motivinin səbəb ola biləcəyinə dair ilk şübhənin mövcudluğunu bildirib.
"Der Spiegel"də yer alan xəbərdə təhlükəsizlik işçilərinin alman ordusunun keçmiş desantçıları və ehtiyatda olanlardan ibarət bir hərbi idman qrupunun miqrantları öldürmək məqsədi ilə hücum hazırladığı iddiasını araşdırdıqları bildirilib. Hesabatda qrupun ehtiyatda olan polkovnik-leytenant Yens G. tərəfindən idarə olunduğu və G.-nin hərbi idman tədbirləri təşkil etdiyi ifadə edilib.
Sentyabrın əvvəlində polis Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Berlin əyalətlərində reydlər keçirib. Əməliyyatlar zamanı şübhəlilərin qatı mühafizəkar baxışlara yaxın olduğunu ortaya çıxaran silah, güllə və materialların ələ keçirildiyi qeyd edilib. "Spiegel"in hesabatına görə, əməliyyatlardan sonra təşkilatın direktoru olduğu ifadə edilən Yens G. Müdafiə Nazirliyində bir mütəxəssislə yaxın əlaqədə olduğunu etiraf edib.
Akqabay
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür