Bozoyan: "Paşinyan Türkiyənin müdaxiləsi sayəsində hakimiyyətdə qala bilib"

Bozoyan: "Üç il əvvəl, 44 günlük müharibədən sonra Türkiyə geosiyasi vəziyyətin dəyişməsindən istifadə edərək, Ermənistandakı daxili siyasi proseslərə müdaxilə etməyi qanuni haqqı olduğunu hesab etdi". 
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl bütün beynəlxalq oyunçular bilirdi ki, Ermənistan balanslaşdırılmış xarici siyasət aparır və Rusiya Federasiyası ilə strateji əlaqələrə malikdir. Eyni zamanda, Avropa İttifaqı, ABŞ və digər ölkələrlə xüsusi əlaqələri var:
"Məsələ ilə bağlı xüsusi xarici siyasi kurs olmayıb. Birinci, ikinci və üçüncü prezidentlər demək olar ki, eyni xarici siyasət xəttinə sadiq qalıblar. 2021-ci ildəki seçkilərdən sonra Türkiyə də prosesin iştirakçısı oldu", – deyə politoloq bildirib.
Bozoyan xatırladıb ki, iki il əvvəl Baş Qərargahın sensasiyalı bəyanatından sonra ilk reaksiya Türkiyədən gəlib. Həmin an Türkiyə Ermənistanda hakimiyyət dəyişikliyini qəbuledilməz hesab etmişdi.
Bozoyan vurğulayıb ki, indiki siyasi komanda yalnız Türkiyənin müdaxiləsi sayəsində hakimiyyətdə qala bilib:
"O dövrdə praktiki olaraq bütün qurumlar – prezident, katolikos, Baş Qərargah, küçələrdə etiraz edən insanlar – hamısı Paşinyanın getməsini tələb edirdi. Və sonra Türkiyənin məsələyə qarışması Paşinyanı hakimiyyətdə saxladı. Bununla da Ermənistanda hakimiyyət dəyişikliyi baş vermədi".
Türkiyənin regionda rolu gücləndikcə qardaş ölkənin Cənubi Qafqazdakı nüfuzu da artır. İndi ermənilər də yaxşı başa düşürlər ki, Türkiyənin siyasi iradəsi olmadan regionda hər hansı qərarın qəbul edilməsi mümkün deyil. Ermənistan nə qədər dostlarına arxayın olsa da, Türkiyənin siyasi iradəsi qarşısında geri çəkilməyə məcburdur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 28 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele cəbhədən görüntüleri oxu.az xeberler sonxeberler