Bredixin: "Ermənistan Moskvanın kürəyindən xaincəsinə zərbə vurdu"
"Ermənistanın bütün suverenliyi və dövlətçiliyi Rusiyadan asılıdır".
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin deyib.
O bildirib ki, Ermənistan Moskvanın kürəyindən xaincəsinə zərbə endirib.
"Rusiyanın kollektiv Qərbə qarşı olduğu bir şəraitdə amerikalılarla birgə təlimlər birbaşa xəyanət və KTMT-dəki müttəfiqin kürəyinə bıçaq zərbəsi vurmaqdan başqa heç bir şəkildə qiymətləndirilə bilməz", – deyə Bredixin bildirib.
Onun sözlərinə görə, bu, Ermənistan hakimiyyətinin gələcəkdə NATO-ya üzvlüyünə namizəd olmaq üçün ciddi niyyətindən xəbər verir. Baxmayaraq ki, əvvəllər NATO və Aİ nümayəndələri tərəfindən heç kimin Ermənistanı müdafiə etməyə hazır olmadığı barədə rəsmi bəyanatlar verilmişdi.
"Bugünkü Ermənistanın bütün suverenliyi və dövlətçiliyi birbaşa Rusiyanın nə qədər təhlükəsizlik zəmanəti verəcəyindən asılıdır. Rusiya olmadan heç bir suverenlikdən danışmaq olmaz. KTMT və Aİİ üzvü olan Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etmək niyyəti də xəyanətdir, çünki Ermənistanın hüquqi bazasının BCM və Haaqa Tribunalı kimi Qərb institutları ilə birləşməsi Rusiyanın yeritdiyi strategiyaya ziddir", – deyə politoloq bildirib.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ