"Brexit ölkə iqtisadiyyatına ciddi ziyan vurub"
"Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkə iqtisadiyyatına əvvəllər düşünüldüyündən daha ciddi ziyan vurub".
KONKRET.az xəbər verir ki, bunu Birmingemdə keçirilən regional investisiya sammitində çıxış edən Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs deyib.
"Biz bilirik ki, maliyyə böhranı zamanı qənaət rejimi, investisiyaların kəsilməsi və Brexit iqtisadiyyatımıza o vaxt proqnozlaşdırılandan daha böyük təsir göstərib. Buna görə də biz 2016-cı ildən biznesə əsassız olaraq əlavə edilmiş bəzi xərcləri azaltmaq üçün qətiyyətlə Avropa İttifaqı ilə əlaqələrimizi yenidən qururuq", – nazir deyib.
Britaniya mediası daha əvvəl xəbər vermişdi ki, Rivs Böyük Britaniyanın iqtisadi çətinlikləri fonunda noyabr ayında büdcə hesabatında vergi artımı tətbiq etməyi planlaşdırır. KİV-in məlumatına görə, Leyboristlər hökuməti vergi artımında günahı ölkənin ən populyar sağçı populist partiyası, "Brexit"in tərəfdarlarından biri olan "Reform UK" partiyasının lideri Naycel Farajın üzərinə atmaq niyyətindədir.
Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. Britaniyalıların 51,9%-i Aİ-dən çıxmağın lehinə, 48,1%-i isə əleyhinə səs verib. Bir neçə il davam edən danışıqlardan sonra Böyük Britaniya 2020-ci il fevralın 1-nə keçən gecə Aİ-ni tərk etdi.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma