Brilliant Dadaşova: "Guya mən kiminləsə görüşürmüşəm..." - VİDEO
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə haqqında gəzən şayiələrə cavab verib.
Open.az xəbər verir ki, ifaçı "İnstagram" səhifəsində video yayaraq açıqlama verib:
"Bu yaxınlarda mənə bir video göndəriblər. Səsi kişi səsidir, amma qadın dedi-qodusu edir, şər-böhtan danışır. Videoda deyir ki, guya məni gəlib Bilgəhdən bağdan götürürmüş. O dəqiqə görünür ki, həmin insanın Bakının 32 kəndindən xəbəri yoxdur. Bilgəh başqa, Buzovna başqa yerdir. Bizim isə Bilgəhdə heç vaxt nə bağ evimiz, nə də evimiz olub. Nə də ki, heç bir gün də olsun Bilgəhdə qalmamışıq.
Bunu ona görə deyirəm ki, yalançı hekayələri uyduranda heç olmasa bundan gerçəkləri bilin ki, sizə qulaq asan insanlar arasında intellektual adamlar da var.
O biri kişiyə oxşayan deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, bu insanların ümumiyyətlə, informasiyası yoxdur, yalandan qondarma hekayələr danışırlar.
Biri də deyir ki, məni kimsə xalq artisti edib. Ona görə ki, guya mən kiminləsə görüşürmüşəm. Mən 23 ildən sonra Xalq artisti fəxri adını almışam.
Heç istedadım olmasa belə, bu qədər peşəkar musiqiçilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasayadım, əmim Məlik Dadaşov xalq artisti, "Şöhrət" ordeni olan insan heç olmasa mənə xalq artisti adını verdirərdi. Mən xalq artisti adına səhnəyə çıxandan 23 il sonra layiq görülmüşəm.
Cəfəngiyyat danışırlar. Əfsus olsun ki, bizim ana dilimizdə danışırlar. Ən qorxulusu budur. Bir ananın dünya gətirdiyi insanlardır. Heyif o, ananın südündən".
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq