Brilliant Dadaşova: "Ürək sözlərimi deyəcəyəm, bəyənmirlərsə, öz problemləridir
Brilliant Dadaşova: "Ürək sözlərimi deyəcəyəm, bəyənmirlərsə, öz problemləridir"
"Gənclərimiz maariflənməlidirlər. Çox təəssüf ki, bizdə bir az savadsızlaşma inkişaf etməyə başlayır. Biz elə azad ölkədə yaşayırıq ki, qızlarımız, oğlanlarımız savadlanmalı, kitablar oxumalıdırlar".
Bu sözləri "Sözbaz"a açıqlamasında Xalq artisti Brilliant Dadaşova deyib.
Sənətçi sosial şəbəkələrdə yazdığı rəylərdən söz açıb:
"Hər sahədə dünya standartlarına uyğunlaşırıq. İstəyirəm ki, savadlanmada da belə olaq. Ona görə də şərhlər yazıram. Bəzən yaxşı qarşılanır, bəzən yox. Amma mənim üçün fərqi yoxdur, necə qarşılanır. Ürək sözlərimi deyəcəyəm. İstəyən bəyənər, istəyən yox. Özlərinin problemidir. Gənclərin anası, yaşlıların bacısı kimi çalışıram ki, yanlarında olum. Mən öz millətimi çox sevirəm. Bu məsəl də ancaq bizdədir ki, ətimizi yesək də, sümüyümüzü atmarıq. Doğrudan da belədir. Kaş ətimizi yeməsək. Yaxşı olardı. Yeniliklər olsa, eşidəcəksiniz. Allah qoysa konsert də edərik". / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var