Britaniya ilin sonuna qədər müdafiə doktrinasını yeniləyəcək
Böyük Britaniya hökuməti ilin sonuna qədər hərtərəfli təhlükəsizlik, müdafiə və xarici siyasət icmalının yenilənmiş versiyasını dərc edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Liz Trasın ofsinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Böyük Britaniyanın diplomatik, müdafiə və təhlükəsizlik arxitekturasının düşmən dövlətlərin artan təhlükəsi ilə ayaqlaşmasını təmin etmək üçün Baş nazir Kompleks İcmalın yenilənməsini tapşırıb.
Rəsmi Londonun əvvəlki müdafiə və təhlükəsizlik doktrinası 2021-ci ilin martında, Rusiyanın Ukraynadakı hərbi əməliyyatından əvvəl dərc edilib.
"Yenilənmiş strategiya Rusiya və Çin kimi avtoritar qüvvələrin təzyiqlərinə qarşı möhkəm dayanmaq üçün lazım olan strateji imkanlara və ittifaqlara sərmayə qoymağımızı təmin edir. Yeniləmə ilin sonuna qədər dərc edilməlidir"- məlumatda vurğulanır.
Britaniya Baş nazirinin xarici siyasət və müdafiə məsələləri üzrə xüsusi müşaviri Con Byu müdafiə doktrinasının yenilənməsi prosesinə rəhbərlik edəcək.

Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib