Britaniya parlamentinin TikTok hesabının bağlanması TƏLƏB EDİLDİ
Britaniya parlamentinin Çinin "ByteDance" texnologiya şirkətinə məxsus TikTok-da hesab açması müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə "Politico"nəşri məlumat yayıb.
Məsələ ilə bağlı bir neçə deputat İcmalar və Lordlar Palatasına məktub yazıb.
Millət vəkilləri TikTok-un istifadəçi məlumatlarını Çinlə paylaşdığını iddia edərək, parlamentin sözügedən platformada hesab açmaq qərarından məyus olduqlarını bildiriblər.
Məktubda məlumatların Çinə ötürülə bilməyəcəyinə dair zəmanət verilməyənə qədər parlamentin TikTok hesabının silinməsinə çağırıblar.
Digər tərəfdən TikTok-un Avropa Regionu Siyasəti üzrə vitse-prezidenti Teo Bertram bildirib ki, şirkətin mühəndisləri yalnız bəzi məhdud və idarə olunan məlumatlara çıxış əldə bilir.
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?