Britaniya şirkəti "Qaradağ"dakı mis ehtiyatının həcmini AÇIQLADI
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yerləşən Qaradağ yatağının mis ehtiyatının 300 min ton olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bunu "Anglo-Asian Mining"in vitse-prezidenti Stiven Vestxed deyib. O bildirib ki, şirkət Qaradağ yatağında kifayət qədər mis minerallaşması təmin etməklə hasilat profilini əhəmiyyətli dərəcədə artıracaq. Bu, "Anglo-Asian"ın artan mis aktivləri portfelinə mühüm əlavədir.
"Bu, ilkin qiymətləndirmə olsa da, biz "Qaradağ"ın ildə 20-25 min ton mis istehsal edə biləcəyinə inanırıq",- deyə Stiven Vestxed əlavə edib.
Xatırladaq ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.//APA
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi