Britaniya XİN "Reuters"i gizli şəkildə maliyyələşdirib - Arxiv sənədləri yayıldı
Britaniya hökuməti 1960-1970-ci illərdə Sovet təbliğatına müqavimət olaraq "Reuters"i gizli şəkildə maliyyələşdirib.
Bu barədə Britaniya Milli Arxivi tərəfindən yayımlanan yarım əsr əvvəlki sənədlərdə bildirilir.
Bildirildi ki, baş ofisi Londonda olan özəl teleqraf agentliyi (Reuters) o illərdə maddi sıxıntı yaşadığına görə, təxminən 30 il İngiltərə Xarici İşlər Nazirliyinin strukturunda siyasi təbliğata cavabdeh olan Məlumat Tədqiqatlarları Departamentinin təklifinə razılıq verib.
"Reuters"in beynəlxalq nüfuzuna etimadın itirilməməsi üçün, agentliyin Latın Amerikasındakı işi qondarma bir şirkət, Yaxın Şərqdə isə "Reuters" xəbərlərinə abunə üçün daha çox pul ödəməyə başlayan "BBC" vasitələri ilə maliyyələşdirilirdi.
Sənədlərdən belə görünür ki, "Reuters"in Yaxın Şərq bürosu, Xarici İşlər İdarəsinin təkidi ilə Misirin"MENA", Sovetlərin "TASS", eləcə də Fransanın "AFP" informasiya agentlikləri ilə rəqabət üçün yaradılmışdır. Britaniya hökuməti maliyyə yardımı müqabilində "bütün agentliyin gündəliyinə müəyyən təsir" əldə etməyinə və "Reuters" rəhbərliyinin "Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələrini və onun söylədiyi fikirləri dinləməsini təmin etməyini" ümid edib. (trend) /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək