Britaniyada aşkarlanan 39 cəsədin identifikasiyası yekunlaşıb
İstintaq Böyük Britaniyada yük maşınında aşkarlanan cəsədlərin şəxsiyyətlərinin müəyyən olunması prosedurunu başa çatdırıb.
Open.az Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Esseks qraflığının polis idarəsinin bəyanatına əsasən, baş koroner Kerolayn Bizli-Mürrey bütün cəsədlərin şəxsiyyətini müəyyən edib. Onların Vyetnam vətəndaşları olduqları təsdiqlənib.
"Həlak olanların ailələrinə bu barədə məlumat verilib... Esseks polisi Vyetnam polisi ilə birgə təhqiqatı davam etdirir", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, oktyabrın 23-də Britaniyanın Esseks qraflığının polisləri yük maşınında 39 cəsəd aşkarlayıb. Cəsədlərin tapıldığı konteynerin Purflitə Belçikanın Zebrügge şəhərindən, yük maşınının isə Şimali İrlandiyadan gəldiyi məlum olub.
Cinayət işi ilə əlaqədar Britaniya və İrlandiyada beş nəfər, o cümlədən yük maşınının sürücüsü – Şimali İrlandiyanın 25 yaşlı sakini Moris Robinson saxlanılıb. Sonradan saxlanılan şəxslərdən üçü girov müqabilində azad edilib. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?