Brüssel görüşü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır – Politoloq

Brüssel görüşü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır – PolitoloqÖtən gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib.
Bu, liderlər arasında Brüsseldə keçirilən sayca üçüncü görüşdür.
Maraqlıdır, Brüsseldə baş tutan görüşün nəticələrini Azərbaycan üçün qaneedici hesab etmək olarmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, Avropanın paytaxtlarında baş tutan görüşlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır:
"Brüssel görüşü regionun diqqət mərkəzindədir. Hesab edirəm ki, bu görüş Ermənistan və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. İlham Əliyevin Avropa dövlətlərinin rəhbərləri və siyasətçiləri ilə keçirdiyi toplantılar Azərbaycanın müsbət imicinin inkişaf etdirilməsinə yardım edir. Aprel ayında keçirilən Brüssel görüşündən sonra Paşinyan Moskvaya səfər etdi. Moskva səfərindən sonra Paşinyanın mövqeyində müəyyən dəyişikliklər müşahidə olundu. Baş nazir Brüsseldə Azərbaycanın beş bəndlik baza prinsipini qəbul etdiyini söyləmişdi. Lakin Moskva səfərindən sonra biz fərqli mənzərənin şahidi olduq".
Brüssel görüşü Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır – PolitoloqPolitoloqun fikrincə, görüşün nəticələri haqda indidən fikir söyləmək çətindir:
"Çünki belə vacib müzakirələr dərhal nəticə vermir. Bu gün Azərbaycan regionda və dünyada ciddi siyasi oyunçulardandır. Avropa və ABŞ-da yerləşən güc mərkəzləri də bu fikirlə razıdır. Hesab edirəm ki, ikitərəfli görüş adı altında Avropa İttifaqı Komissiyası Prezidenti Şarl Mişel regionda vəziyyəti öyrənməyə çalışır. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləmişdi ki, regionda baş verən prosesləri İlham Əliyev qədər dərindən bilən ikinci bir siyasətçi və dövlət rəhbəri yoxdur. Hesab edirəm ki, Şarl Mişel İlham Əliyevin təcrübəsindən istifadə etmək və müəyyən məsləhətlər almaq üçün bu görüşləri təşkil edir. Lakin istənilən halda Azərbaycan Prezidentinin Avropa İttifaqının rəhbərləri ilə keçirilən görüşləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və dövlətimizin mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayır".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 23 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari sonxeberler ən son xəbərlər bugün son xeber 2026