Brüsseldə Qərbi Azərbaycan mövzusunda konfrans keçirildi - FOTOLAR

Brüsseldə Qərbi Azərbaycan mövzusunda konfrans keçirildi - FOTOLARAvropanın "siyasi paytaxtı" Brüssel şəhərində qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
27 oktyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcması və Fransanın CAP Freedom of Conscience qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Brüssel şəhərində "Beynəlxalq hüquqda qayıdış hüququ" adlı beynəlxalq konfrans keçirilib. 
Avropa məkanında qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı hüququna həsr edilmiş, 120 nəfərin iştirak etdiyi konfransın işində Belçika, Fransa, Birləşmiş Krallıq, İsveçrə, İtaliya və Azərbaycandan olan beynəlxalq hüquq üzrə mütəxəssislər, tədqiqatçı, siyasi və ictimai xadimlər çıxış edib, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından qovulması da daxil olmaqla ayrı-ayrı hallara toxunulub, qayıdış hüququnun fundamental hüquqlardan biri kimi beynəlxalq hüquqda təsbit olunduğu vurğulanıb. 
Konfrans çərçivəsində iki panel müzakirəsi təşkil edilib. Beynəlxalq hüquqda qayıdış hüququ anlayışının ortaya çıxması, inkişafı və beynəlxalq hüquqda mülkiyyət və mədəni mirasın qorunması ətrafında müzakirələr aparılıb. 
Konfransda giriş nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli konfrans iştirakçılarına təmsil etdiyi qurumun yaranması, fəaliyyətinin əsas istiqamət və hədəfləri barəsində məlumat verərək, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından ötən əsrdə mərhələli və sistemli şəkildə didərgin salındığını diqqətə çatdırıb. O, çıxışında Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə həyata keçirilmiş siyasətin nəticəsində dəymiş maddi ziyanın milyardlarla dollar həcmində olduğunu, həmçinin maddi ölçüyə sığmayan çoxəsrlik mədəni mirasın məhv edildiyini bildirib. 
İdarə Heyətinin sədri çoxsaylı müraciətlərinə baxmayaraq, Ermənistanın icma ilə dialoqa getməkdən imtina etdiyini vurğulayıb, İcmanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasi xəttə uyğun olaraq regionda sülh, əminamanlıq və birgəyaşayışı dəstəklədiyini, 8 avqust Vaşinqton görüşündə əldə edilmiş tarixi qərarların regionda barışı təmin edəcəyinə əmin olduqlarını diqqətə çatdırıb. 
Konfransda, həmçinin qərbi azərbaycanlıların tarixi torpaqlarında dağıdılmış mədəni mirasının nümunələrinə və abidələrinə dair fotosərgi nümayiş etdirilib. Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış çoxsaylı materiallar iştirakçılara paylanıb.  
Konfrans işini iştirakçıların mövzuya dair sualları ətrafında davam etdirib.
Brüsseldə Qərbi Azərbaycan mövzusunda konfrans keçirildi - FOTOLARBrüsseldə Qərbi Azərbaycan mövzusunda konfrans keçirildi - FOTOLARBrüsseldə Qərbi Azərbaycan mövzusunda konfrans keçirildi - FOTOLARBrüsseldə Qərbi Azərbaycan mövzusunda konfrans keçirildi - FOTOLARBrüsseldə Qərbi Azərbaycan mövzusunda konfrans keçirildi - FOTOLARBrüsseldə Qərbi Azərbaycan mövzusunda konfrans keçirildi - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 28 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət bugünkü son xəbərlər xəbər.az xeberlər