BŞH Akademiyasında ikinci karyera yarmarkası keçirilib - FOTOLAR
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşkilatçılığı ilə BŞH Akademiyasında 2-ci karyera yarmarkası baş tutub.
Open.az xəbər verir ki, yarmarkaya ümumilikdə minə yaxın işaxtaran gəlib. Karyera yarmarkasına ev sahibliyi edən BŞH Akademiyasının və BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova tədbirin uğurlu keçdiyini bildirib: "Belə tədbirlərin təşkil olunması işaxtaran gənclərə karyeralarını nüfuzlu şirkətlərdə qurmaq baxımından böyük imkanlar yaradır. Biz həm işaxtaran gənclərdən, həm də yarmarkada təmsil olunan şirkətlərdən müsbət rəylər alırıq. Hesab edirəm ki, güclü iqtisadiyyat üçün qabaqcıl şirkətlərin bacarıqlı gəncləri yetişdirməsi və onların inkişafı istiqamətində lazımi dəstəyi göstərməsi olduqca əhəmiyyətlidir".
"AmCham Azərbaycan"ın icraçı direktoru Natəvan Məmmədova yarmarkada işaxtaran gənclərin hədəflərinə tezliklə nail olacaqlarına inandığını bildirib: "Tədbir yüksək səviyyədə baş tutdu. Yarmarkada bacarıqlı gənclər iştirak edirdilər. Əminəm ki, iştirakçılar yarmarkanın nəticəsi olaraq nüfuzlu şirkətlərdə arzuladıqları işə sahib olacaqlar".
Karyera yarmarkasında Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq nüfuza malik qabaqcıl 30 şirkət təmsil olunub. Ötən ilki yarmarkadan fərqli olaraq bu il tədbir bütün işaxtaran gənclərə açıq olub. Yarmarkaya müxtəlif sahələri əhatə edən çox sayda vakansiya və təcrübə proqramı çıxarılıb. Ziyarətçilərin əksəriyyətinin gənclər olduğu yarmarkaya gələnlər sırasında 60 yaşadək işaxtaranlar da olub. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?