Bu, ABŞ-a baha başa gələcək - Ağar
"Türkiyə ilə Rusiya arasındakı münasibətlər çətindir, amma nədənsə ortaq bir nöqtəyə gəlirlər. Amma ABŞ-la heç nə baş vermir".
Publika.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında türkiyəli terror və təhlükəsizlik eksperti Abdullah Ağar yazıb. Ekspert bildirib ki, Türkiyə bu problemlərin əvvəldən həll olunacağına ümid edib:
"Əvvəllər Türkiyə üzləşdiyi çətinliklər qarşısında bir tarazlıq siyasəti ortaya qoymağa meylli idi. Amma ABŞ bu məsələlərdə nəzərəçarpacaq heç bir şey etmədi. Əslində, son dərəcə kövrək və qarışıq Donald Tramp dövründən sonra, Co Bayden ilə daha pis bir dövr başladı. Hər şeydən əvvəl Türkiyənin şərəfinə zərbə vurdu. Türkiyənin balansı qoruma siyasətindən əl çəkəcəyini düşünmürəm. Ancaq fikrimcə, bu mərhələdən sonra Rusiya ilə münasibətləri daha da isti saxlayacaq. Onu da vurğulamaq istərdim ki, Türkiyəni geosiyasi cəhətdən itirmək ABŞ-a baha baha başa gələcək. Bunun cəzasını çəkəcəklər. Bayden və ABŞ-ın əvvəlki liderlərinin atdığı addımlar geosiyasi deyil, son dərəcə ehtiraslı və çılğın siyasi adamlardır. Türkiyə NATO-nun cənub-şərq qanadıdır. ABŞ indi bu qanadın özünü parçalayır".
Tural Turan
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək