Bu artıq sıradan müharibə deyil – Böyük ərazinin tam işğalı başlayır

Bu artıq sıradan müharibə deyil – Böyük ərazinin tam işğalı başlayır"Bir neçə ay əvvəl İsrailin Qəzzada bu qədər irəliləyəcəyi qeyri-real görünürdü. Müharibə, bombardmanlar, minlərlə insan itkisi vardı, bəli. Amma 2025-ci ilin avqustunda bu münaqişə artıq "daha bir qarşıdurma" deyil. O, bölgədə və beynəlxalq münasibətlər sistemində ciddi dönüş nöqtəsinə çevrilib".
KONKRET.az xəbər verir ki, bu sözləri globalinfo.az-a politoloq Rüstəm Tağızadə İsrailin Qəzzanı ilhaq etmək planlarını şərh edərkən deyib.
"Bu gün İsrail siyasi rəhbərliyi ilk dəfə olaraq Qəzzanın tam işğalını açıq şəkildə müzakirə edir. Bu, təkcə hərbi plan deyil, eyni zamanda 2005-ci ildən etibarən tətbiq edilən "ayrılma siyasəti"nin ləğvi demək olardı. Başqa sözlə, məsələ yalnız tankların şəhər küçələrinə girməsi deyil. Bu, həm də siyasi strategiyanın, beynəlxalq hüququn və regional güc balansının dəyişməsi anlamına gəlir.
İsrailin məqsədi bu dəfə daha aydındır: Qəzzada HAMAS-ı və ona bağlı bütün hərbi strukturları tamamilə aradan qaldırmaq. Və bunu sadəcə havadan deyil, həm də yerdən, yəni torpaq üzərindən təhlükəsizlik quraraq etmək.
Lakin Netanyahu hökuməti üçün məsələ yalnız təhlükəsizliklə bitmir. 2026-cı ildə keçiriləcək növbədənkənar seçkilər ehtimalı və daxildə artan siyasi təzyiqlər İsrail rəhbərliyini daha sərt addımlar atmağa sövq edir. Bu isə belə bir sual doğurur: İsrail Qəzzanı tam şəkildə işğal edə bilərmi?
İsrail Müdafiə Qüvvələri (IDF) bölgədəki ən güclü və texnoloji baxımdan müasir ordulardan biridir. Kəşfiyyat, dronlar, raket əleyhinə sistemlər – bütün bu üstünlüklər İsrailin tərəfindədir. Qəzzanın əsas hissələri artıq nəzarət altına alınıb. Rəfah və Deir əl-Bələh kimi bölgələrdə döyüşlər davam etsə də, bu ərazilər hərbi baxımdan təcrid olunmuş vəziyyətdədir. Yəni tam işğal texniki olaraq mümkündür.
Ancaq bu məsələnin digər tərəfi də var: İsrail belə bir işğalı nə qədər müddət davam etdirə bilər?
Qəzzada 2 milyondan çox insan yaşayır və onların təxminən 70 faizi artıq məcburi köçkünə çevrilib. Əhali aclıq, susuzluq və xəstəliklərlə üz-üzədir. BMT-nin son hesabatında bildirilir ki, əgər humanitar yardım axını bərpa olunmasa, 2025-ci ilin sonuna qədər Qəzzada vəziyyət tam humanitar fəlakət səviyyəsinə çata bilər".
Ekspert hesab edir ki, burada beynəlxalq hüquq məsələsi ön plana çıxır:
"Hazırda İsrailin blokadası və hava məhdudiyyəti "effektiv nəzarət" kimi qiymətləndirilir. Yəni beynəlxalq hüquqa görə, Qəzza hələ də İsrailin de-fakto işğalında hesab olunur. Əgər İsrail bu nəzarəti torpaq üzərindən də rəsmiləşdirsə, bu, Cenevrə Konvensiyasına görə rəsmi işğal sayılacaq. Bu halda İsrail işğalçı dövlətin bütün məsuliyyətlərini daşımalı olacaq.
Bu isə beynəlxalq təzyiqləri artıracaq. ABŞ administrasiyası, xüsusilə də Dövlət Departamenti son günlərdə açıq şəkildə İsrailə təmkinli davranmağı tövsiyə edir. Avropa Birliyində isə artıq bəzi nazirlər Qəzzada baş verənləri "insanlığa qarşı cinayət" kimi qiymətləndirir. Beynəlxalq Cinayət Məhkəməsi (ICC) artıq İsrailin yüksək vəzifəli şəxslərinə qarşı ilkin istintaqa başlayıb. Əgər Qəzza tam şəkildə işğal edilərsə, bu yeni ittihamların da gündəmə gəlməsinə səbəb ola bilər.
Bütün bunlar İsrailin bölgədəki mövqeyinə də təsir edəcək. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə normallaşma prosesi dayana, Misir və İordaniya ilə münasibətlər daha da gərginləşə bilər".
R.Tağızadə qeyd edib ki, Qəzzanı işğal etmək asan görünə bilər, lakin orada nəzarəti saxlamaq çox çətin olacaq:
"ABŞ-ın İraq və Əfqanıstandakı təcrübələri göstərdi ki, işğaldan daha çətin olan, postişğal dövrünün idarə edilməsidir.
İsrail Qəzzada 2 milyon insanı necə idarə edəcək? Hökumət strukturlarını kim quracaq? Hər gün küçələrdə patrul edən İsrail əsgərləri hansı risklərlə qarşılaşacaq? Bu sualların heç birinə hələ aydın cavab verilməyib".
İsrail indi seçim qarşısındadır: ya təhlükəsizliyini önə çəkərək Qəzzanı tam nəzarətə götürəcək və bu zaman beynəlxalq sanksiyalarla, hüquqi təzyiqlərlə üzləşəcək, ya da hərbi əməliyyatları bu mərhələdə dayandıraraq daha az riskli, lakin daxildə siyasi cəhətdən tənqid edilə biləcək bir yol seçəcək.
Hər iki halda İsrail tək deyil. ABŞ, Avropa və region ölkələri bu qərarın birbaşa iştirakçısı olmasalar da, nəticələrindən yayınmaları mümkün olmayacaq.
Əgər Qəzzanın tam işğalı baş verərsə, bu, təkcə fələstinlilərin deyil, beynəlxalq hüquq sisteminin də ciddi sınağına çevriləcək. Və bu sınaqda uduzan təkcə tərəflər deyil  bütün dünya ola bilər".

Siyasi       Tarix: 06 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı sonxabar sonxeber hava haqqinda