Bu avadanlıqlar gömrük rüsumundan azad ediləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olmuş "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub.
azxeber.com xəbər verir ki, gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-dən 2 il ərzində qüvvədə olacaq.
Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var