"Bu, Azərbaycanın səbir kasasını daşıran son damla oldu" - Rusiyalı politoloq
"Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsinin qurulması barədə qərarı məcburi xarakter daşıyıb və Laçın dəhlizinin Ermənistandan Qarabağa müxtəlif silah növləri, minalar, silah-sursat göndərilməsi məqsədi daşıyan istifadəsi ilə əlaqədardır".
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini şərh edən politoloq bildirib ki, Azərbaycanın hərbi yük maşınının ermənilərin basdırdığı minaya düşməsi rəsmi Bakının səbir kasasını daşıran son damla olub.
"Müəyyən edilib ki, orada sayı onlarla olan bu piyadaəleyhinə və tankəleyhinə minalar 2021-ci ilə aiddir və Ermənistan ərazisində istehsal edilib. Ermənistanın reaksiyasına gəldikdə, bu, ifrat dərəcədə isterikdir. Əlbəttə, Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi İrəvan tərəfindən bəyənilmir. Əksinə, hansısa "yeni erməni soyqırımı", "etnik təmizləməyə" hazırlıq və s. barədə təbliğat xarakterli bəyanatlar səslənir. Lakin bunlar bəyanat olaraq qalır. Reallıqda isə sadəcə nəzarət proseduru həyata keçiriləcək. Erməni millətindən olan qanunları pozmayan vətəndaşlar maneəsiz olaraq Qarabağdan Ermənistana gedə və geriyə qayıda biləcəklər", – deyə İqor Korotçenko əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi