Bu bölgəyə ordu göndərilir - Nazirlər Kabinetindən QƏRAR
Yaponiya Ədən körfəzinə ordu göndərir.
Publika.az xəbər verir ki, "Takanami" sinifi döyüş gəmisi və 260 nəfərdən ibarət heyət 2020-ci ilin fevral ayında Yaxın Şərqə doğru hərəkət edəcək.
Gəmini Cibutidə dəniz quldurluğunun qarşısını almaq üçün xidmət edən "P-3C Orion" model iki dəniz müşahidəçisi müşayiət edəcək.
Qərar Yaponiyada dəniz ticarət yollarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.
"Kyodo" agentliyinin xəbərinə görə, Nazirlər Kabineti qərarı təsdiq edib. Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa göndəriləcək gəminin fəaliyyətinin dəniz ticarət yollarının təhlükəsizliyinin təmin edilməsi üçün kəşfiyyat işləri ilə məhdudlaşdırılacağını, buna görə də qərarın parlament tərəfindən təsdiqinə ehtiyac qalmadığını bildirib.
Qeyd edək ki, Yaponiya son dövrlərdə ABŞ-la İran arasında Bəsrə Körfəzi və əhatəsindəki gərginliklərin gəmi ticarətinə təhlükə yaratmasından narahatdır.
Zümrüd /publika.az

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz