Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib

Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilibSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib.
Dövlət Xidmətindən azxeber.com-a bildirilib ki, müraciətdə deyilir:
"Prezident İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində İnzibati Xətalar Məcəlləsinin "Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar" fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə (ilkin hərbi qeydiyyata alınmalı olan, yaşayış yeri üzrə qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan vətəndaşlar, anket məlumatlarının dəyişdirilməsi, barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü haqqında və s.), çağırışçılar və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə görə vəzifəli və hüquqi şəxslər barədə tətbiq ediləcək inzibati tənbeh tədbirləri sərtləşdirilib.
Həmçinin ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıran, ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra-Xidmət) aidiyyəti yerli qurumuna müraciət etməyən vətəndaşlar, habelə yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmayan və olduğu yer üzrə hərbi qeydiyyata durmayan, yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Xidmətin aidiyyəti yerli qurumuna məlumat verməyən çağırışçılar və hərbi vəzifəlilər haqqında inzibati tənbeh növündə tətbiq ediləcək sanksiyalar sərtləşdirilib.
İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə görə çağırışçılar və hərbi vəzifəlilər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmçinin inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanına – Xidmətin aidiyyəti yerli qurumuna gəldikdə inzibati məsuliyyətdən azad olunur.
Bununla yanaşı, bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Mövcud qanunvericilikdə dövlət orqanlarının çağırış prosesinə dəstək verməsi nəzərdə tutulur. Çağırışçılar və ehtiyatda olan hərbi vəzifəlilərin dəqiq uçotu dövlətin müdafiə qabiliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Yaşayış yerini dəyişən çağırışçı və hərbi vəzifəlilərin məlumat verməsi zəruridir. Bu istiqamətdə, eləcə də müddətli həqiqi hərbi xidmətə, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırışdan yayınma hallarının qarşısının alınması sahəsində dövlət nəzarətinin gücləndirilməsi təmin olunacaq".

Sosial       Tarix: 30 aprel 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber son xeberler 2026 axsam az xeberler son xeberler bugun