Bu dondurmalardan zəhərlənmə riski var – XƏBƏRDARLIQ

Bu dondurmalardan zəhərlənmə riski var – XƏBƏRDARLIQİsti yay günlərində çoxumuzun sevimli qidasına çevrilən dondurma süd məhsulu olduğu üçün riskli məhsullar sırasındadır. Uşaqdan-böyüyə, yaşlısından cavanına qədər, demək olar ki, hər kəs dondurmanı ya sevərək ya da sərinlik üçün qəbul edir.
Marketlərdə və açıq havada satılan dondurmalar isə bəzən yaxşı vəziyyətdə saxlanılmır. Bəzi marketlərdə bunu açıq-aşkar görmək olar ki, ya dondurmanın qablaşdırması bərbad durumdadır, ya da saxlanıldığı soyuducuda onunla bərabər ət və ət məhsulları kimi yerləşdirilib. Bəzən isə dondurma zəhərlənməyə səbəb olur ki, bunun da bir çox səbəbləri var.
Bəs hansı amillərə diqqət edilməlidir ki, dondurmadan zəhərlənməyək?
Sualı Bizim.Media üçün cavablandıran Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, dondurma alarkən alıcılar onun düzgün qaydada saxlanılmasına və əsasən də paketləşdirilməsində bir neçə amilə diqqət etməlidirlər:
"Dondurmalar yüksək risk qrupuna aid olduğu üçün keyfiyyət önəmlidir. Dondurmanın tərkibindəki əsas qida məhsulları süd, yağ və qaymaqdır. Bunlar keyfiyyətli olduqda və doğru istehsal qaydalarına əsasən hazırlanıbsa, yaxşı olar ki, son istifadə tarixi keçən məhsullardan istifadə olunmasın.
Çünki saydığımız məhsullar tez xarab olduğu üçün onlara bir çox imilqatorlar, stalibiqatorlar , aramizatorlar və bir çox korvensantlar vurulur ki, uzun müddət rəf ömrünü saxlasın və keyfiyyəti, dadı, qoxusu və rəngi pozulmasın".
Mütəxəssis həmçinin istehsalçı və satış yerlərində yol verilən nöqsanlardan söz açaraq, doğru şəraitdə saxlanılmayan dondurmaların, xüsusən həssas qruplardan olan insanlarda müəyyən problemlərə yol aça bildiyini qeyd edib:
"Təbii ki, əgər məhsul doğru şəkildə, düzgün temperaturda və doğru soyuducuda saxlanılmırsa riskli hesab olunur. Eyni zamanda işıqların sönməsi və ya qənaət etmək üçün işıqları bəzən elektriktən ayırıb soyuducunun müvəqqəti söndülməsi halları baş verir. Bu məhsul donu açılıb yenidən dondurulduqda belə tərkibində mikrobioloji çirklənmələr və dəyişikliklər baş verir ki, bu da zəhərlənməyə səbəb olur.
Eyni zamanda mal qonşuluğu prinsipi pozulduqda , düzgün şəkildə saxlanılmadıqda dondurma ilə birlikdə digər qida məhsulları saxlanılan soyuducuda da mütləq çarpaz çirklənmə olur ki, bu da məhsulun tərkibinin dəyişməsi və bir çox zərərli bakteriyaların çoxalmasına gətirib çıxarır. İnsanlar elə dondurmaları qəbul etdikdən sonra qusma, ishal, ürək bulanması, şişkinlik, köp, bağırsaqlarda mikrofloranın pozulması və həzimsizlik kimi problemlərlə rastlaşırlar.
Yaxşı olar ki, paketlənmiş məhsulları aldıqda paket pozulmamış olmasına diqqət edilsin. Həmçinin dondurmanı yeyərkən buz kristalları ilə rastlaşırıqsa, məhsul ağızda qum kimi ovulursa və xoşagəlməz dadı varsa, bu dondurmanın xarab olmasının əlamətləridir.
Mütləq şəkildə paketin üzərində istehsalçı şirkətə aid bütün məlumatlar tam səkildə yerləşdirilməlidir ki, hər hansı xoşagəlməz hallar olduqda müraciət etmək üçün ünvan bəlli olsun. Eyni zamanda, etiketdə məlumatlar və məhsulun içindəki inqiridentlər də tam şəkildə göstərilməlidir".
Məshəti Hüseynova açıq havada satılan dondurmaların yarada biləcəyi təhlükələrdən də söz açıb:
"Açıqda satılan dondurmalar var ki, ən çox risk qrupuna aid olan onlardır. Xüsusilə də, əgər sadə dondurmadırsa, bunu uzun müddət saxlamaq olar, amma meyvəli və ya qarışımlardan yəni dadlandırıcı olaraq şokolad, aramizatorlardan digər qatqılardan istifadə olunubsa, belə dondurmaların saxlanma müddəti çox azdır.
Xüsusən, tərkibinə meyvə qatılıbsa, dondurmanın saxlama müddəti 3 günü keçməməlidir. Yaxşı olar ki həmin məhsullar günəş şüaları altında saxlanılmasın. Əks halda, tərkibində milribioloji çirklənmələr olur ki, belə məhsulları qəbul edən həssas yaş qrupunda olan uşaqlarda ,xroniki xəstəliyi olanlarda və eyni zamanda yaşlı insanlarda öz mənfi təsirini göstərir.
Bəzən insan gün ərzində fərqli qidalarla qidalandığı üçün hansı məhsuldan zəhərləndiyini və hansı məhsulun pis təsir etdiyini bilmir. Buna görə də dondurmanı mənşəyi, keyfiyyəti bəlli olan yerlərdən almaq lazımdır.
Eyni zamanda dondurmanı gün ərzində 150-200 qramı keçməmək şərti ilə qəbul etmək faydalıdır. Günün birinci yarısında qəbul olunması isə dondurmanın enerjiyə çevrilməsinə səbəb olur. Axşam saatlarında qəbul olunduqda kalorili olduğu üçün qaraciyər yağlanması və piylənməyə səbəb olur ki, bu məqamlara da diqqət yetirmək vacibdir". / azxeber.com

Sosial       Tarix: 18 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler bugun en yeni xeberler cəbhədən görüntüleri son xeber az