Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
"Bu dövrdə qadının gözəlliyi belə kapitala çevrilib. Onun görünüşü sosial valyutadır. Və o valyutanı qorumaq üçün pul lazımdır".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.
Nuranın sözlərinə görə, gözəl görünmək üçün xeyli vəsait tələb olunur:
"Bu günümüzün reallığında bir çox xanım sevilmək üçün standartlara uyğun görünməyə çalışır. Standartlara uyğun, baxımlı görünmək üçün isə xarici görünüşünə pul xərcləməlidir. Saç boyası, üz baxımı, kiprik qaynağı, qaş tatusu, gel dırnaqlar, hər gün dəyişən dəbə uyğun görünmək üçün müxtəlif prosedurlar, hətta plastik əməliyyatlar və sair. Bu, çox vaxt sistemin qadına dolayı yolla diktə etdiyi yaşamaq strategiyasıdır. Çünki bu dövrdə qadının gözəlliyi belə kapitala çevrilib. Onun görünüşü sosial valyutadır. Və o valyutanı qorumaq üçün pul lazımdır".
Sənətçi bildirib ki, qadınlar kişilərə gözəl görünmək üçün bir çox psrosedurlara pul xərcləməli olur:
"Problem ondadır ki, bu standartları yaradan da, böyüdən də elə cəmiyyətin özüdür. Kişilərin zövqü də illərlə süni şəkildə bu "ideal görünüşə" uyğun formalaşdırılıb. Bəyəndikləri qadın tipi reklamlarla, sosial şəbəkələrlə, filtr və vizual manipulyasiyalarla onların gözünə yeridilib. Qadın isə sevilmək və seçilmək üçün bu oyunun qaydalarına uyğunlaşmağa məcbur qalır, bütün bu prosedurlara külli miqdarda və davamlı şəkildə pul xərcləyirlər.
Beləliklə, zəncirvari bir vəziyyət yaranır: sevilmək üçün gözəl görünmək lazımdır, gözəl görünmək üçün isə pul. Bu günün dəb standartlarına uyğun yaşamaq və görünmək üçün lazım olan vəsaiti qazanmaq isə çox çətindir.
Bu səbəbdən bir çox xanımın imkanlı kişi ilə ailə qurmaq, sevgili və ya məşuqə olmaq istəyi də bəzən məhz bu reallığın içindən yaranır.
Bu sistemin qadınları necə bir seçim qarşısında qoyduğu açıq-aydın görünür. Kimdir günahkar, indi özünüz düşünün".
Aysel

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək